Bu gün sosial şəbəkələrdə “Елфам Елфам” adlı istifadəçi Bakıda taksi fəaliyyəti ilə bağlı maraqlı bir status yayıb. Qeyd edək ki, həmin şəxsin statusunu “Taksi tv Baku” da paylaşıb.
Sozcu.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, sözügedən şəxs oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyini, bununla bağlı proqramların bağlanacağını bildirib.
O yazır ki, oktyabrın 1-dən etibarən bütün taksi sürücüləri proqramın bağlandığını görəcəklər. “Səhər yerindən durub taksi sifariş edənlər də proqramın işləmədiyinə şahid olacaqlar. Axşama doğru işdən çıxan müştərilər taksi tapa bilmədiyi üçün kütləvi şəkildə metroya, avtobus dayanacaqlarına doğru hücum çəkəcəklər. O gün şəhərin yükü normalda 2 saata bitirdisə, indi 4 saat çəkəcək. Gizlicə taksilər 10-15 manata müştəri daşıyacaq və s. Axşam saatlarında isə sosial şəbəkələrdə ciddi böhran, narazılıq baş alıb gedəcək”.
“Елфам Елфам” iddia edir ki, oktyabrın 2-si, ən geci ayın 3-ü elan olunacaq ki, layihə hələlik qeyri-müəyyən müddətə dayandırılıb. “Təbii ki, həmin gün taksi kimi işləyən olacaq. Sosial şəbəkələrdə yaxalarında bənövşəyi qalstukla çıxıb “ayda 2000 qazanıram deyənlər” hamıdan bir az tez tərpənib DSMF-dən də keçiblər. Vergilərini də veriblər, maşınlarına elan da yapışdırıblar, məktəb oxuyub sertifikat da alıblar deyə işləyəcəklər. Müştəri daşıdıqca nümunəvi taksi olduqlarına görə mənəvi orqazm da yaşayacaqlar. Amma layihənin 2 gündən sonra dayanacağını bilmədiklərindən, ən çox zərəri də onlar çəkəcəklər. Ən azı 300-400 manat ziyandadırlar”.
Qeyd edək ki, bu xəbərdən anlaşılan odur ki, otyabrın 1-dən taksi sürücülərinin istifadə etdikləri müştəri qəbul etmələri üçün nəzərədə tutulan proqram fəaliyyətini dayandıracaq. Və həmin proqramın açılması da mümkün görünmür. Həmçinin DSMF-dən keçərək, vergi ödəyib taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərin də istədikləri olmayacaq. Çünki onlar da məlum proqramdan istifadə edə bilməyəcəklər.
Əgər bu baş verərsə, sözün həqiq mənasında Bakıda taksi böhranı yaşanacaq. Bu isə onsuz da bərbad vəziyyətdə olan paytaxt sərnişindaşımasını daha acınacaqlı vəziyyətə salacaq.
Onu da bildirək ki, belə bir vəziyyətin yaranmasının konkret səbəbi məlum deyil. Heç bu xəbərin müəllifi də hadisənin nədən qaynaqlandığı barədə fikir bildirməyib.