Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib.
Sozcu.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə paylaşım edib.
Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib.
"Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!", - o yazıb.