Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub.
Sozcu.az xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.
Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.
Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.