“Elə son 30 ildən çox vaxtda torpaqlarımızı işğal altında saxladıqları, 1 milyondan çox insanımızı qaçqın saldıqları halda 30 minə yaxın erməni Bakıda, Gəncədə və s. yaşamadı?..”
“Lakin bu dəfə biz ayıq olmalı, onlarla yanaşı yaşasaq da, gələcək üçün ehtiyatı əldən verməməli, onların qadın, qız alverinə uymamalıyıq ki, gələcəkdə fürsət düşən kimi yenidən dirçəlib başımıza yeni problemlər açmasınlar...”
“Hesab edirəm ki, son əməliyyatlarımızdan sonra 10 mindən çox erməni ərazimizi tərk edib Ermənistana getsə də, onların xeyli hissəsi Qarabağda qalıb yaşayacaq. Hələ bəlkə Ermənistana köçənlərin bir hissəsi də bir müddət sonra, yəni vəziyyət stabilləşdikdən və digərlərinin Azərbaycan vətəndaşı kimi rahat, dinc yaşadıqlarını gördükdən sonra geri -Qarabağa dönəcəklər. İkincisi də həm öncəki söhbətimizdə sadaladığımız öz milli, etnopsixoloji xüsusiyətlərinə görə, həm də bizim unutqanlığımızı yaxşı bildiklərinə görə... Eyni zamanda onu da qeyd etməliyik ki, ermənilərin Azərbaycan torpağında mümkün qədər çox yaşamasında öz “sülhməramlı”larını uzun müddət Qarabağda saxlamağı düşünən Rusiya da çox maraqlıdır. Və sərfəli məqam yetişəndə ermənilərin geri dönməsinə şərait yaradacaqlar.”
Sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından hayların etnopsixoloji xarakterinə yaxşı bələd olan müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov bu fikirləri Moderator.az əməkdaşının "Sizcə, Azərbaycan ordusunun son antiterror əməliyyatlarından sonra Qarabağdakı ermənilərdən xeylisi Azərbaycanın qanunlarına tabe olub, vətəndaşlığımızı qəbul edib orada yaşayacaqmı?” sualını cavablandırarkən söyləyib.
“Bəli ermənilər yaxşı bilirlər ki, biz unutqan xalqıq... Hayların yenə də Rusiyanın dəstəyi ilə 1918-ci ilin 31 martından sentyabrınadək bizə qarşı törətdikləri dəhşətli soyqırımlarından sonra necə yaşadıq onlarla birgə, necə qardaşlaşdıq, kirvələşdik, Şaumyana heykəl qoyduq, nəhayət, erməni qızlarıyla evləndik, qohumlaşdıq? Onların ən güclü silahlarından biri məhz qızları, qadınları olub. Çünki bu haylarda bizdəki kimi, qeyrət, namus kateqoriyaları yoxdur... Elə son 30 ildən çox vaxtda torpaqlarımızı işğal altında saxladıqları, 1 milyondan çox insanımızı qaçqın saldıqları halda 30 minə yaxın erməni Bakıda, Gəncədə və s. yaşamadı?”- deyə davamında polkvnik sual edib.
“Ermənilər əmindirlər ki, indi də 5-10 il keçəndən sonra biz bu müharibələri, qətliamları unudacağıq. Və məhz ən çoxu bu xasiyyətimizə arxayın olub Qarabağda qalacaqlar. Lakin bu dəfə biz ayıq olmalı, onlarla yanaşı yaşasaq da, gələcək üçün ehtiyatı əldən verməməli, onların qadın, qız alverinə uymamalıyıq ki, gələcəkdə fürsət düşən kimi yenidən dirçəlib başımıza yeni problemlər açmasınlar. Bunun üçün vətəndaşlığımızı qəbul etmiş ermənilərə qarşı dözümlülük göstərib, eyni zamanda bizimlə əvvəlki kimi sıx qaynayıb-qarışmalarına imkan vermədən, onların, sadəcə Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun dinc, yanaşı yaşamaları üçün şərait yaratmalıyıq”,- deyə sabiq nazir müavini vurğulayıb.