"Rövşən Əliyev,təki siz idarə müdiri olaraq Ağsuya gəlin,benzin pulunuz da mənlikdi,hələ üstəlik Ağsu dolaylarında mən dediyim restoranda nahar da ".
Məlumunuz,Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Bu tədris ilinin başlanğıcında belə xəbər yayıldı ki, 2 saylı məktəb yenicə təmirdən çıxmış Şəhid Polad Mirzəyev adına 5 saylı məktəbə köçürüləcək. Lakin nə baş verdisə( çox güman ki,5 saylının direktoru tanışlıq yolu ilə buna mane olub) bu baş vermədi və qəzalı ,yarıuçuq binada dərs keçirilməyə məcbur olundu . Mən də mütəmadi olaraq müxtəlif ünvanlara həm sosial şəbəkədə ,həm də yazılı formada yazıram. Bu gün də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Əliyevə Rövşənə xoşməramlı təklif yazmışam. Şərhimi silə biləcəkləri ehtimalını nəzərə alaraq,öz profilimdə paylaşıram:
"Hörmətli Rövşən Əliyev,bayramı , istirahəti necə keçirdiz? Vicdanınız rahat idi?
Rövşən Əliyev,mən valideynlərimin də peşəsi olan Müəllim adına hörmətimdən dolayı heç bir zaman Müəllimlərə qarşı sərt ifadə işlətməmişəm. İndi isə mənim sözlərim Rövşən müəllimə yox,"məmur Əliyev Rövşən"-ə ünvanlanır və ünvanlanacaq. Çünki məmur Əliyev Rövşən yerlibazdır,çünki məmur Əliyev Rövşən işinə məsuliyyətsiz yanaşır. Çünki məmur Əliyev Rövşən kabinet məmurudur.Çünki məmur Əliyev Rövşən qəzalı binası olan bir məktəbin digər məktəbə köçürülməsini təmin edə bilir. Çünki yeni təmir edilmiş məktəbin direktorundan qorxur və tapşırığa əməl edib bu köçürməni həyata keçirə bilmir.
Əliyev Rövşən,Siz elə bilirsiniz ki, Sizin vəzifə bölgənizə ancaq İsmayıllı və Şamaxı aiddir? Siz heç Ağsuya gəlmisiz? Ümumiyyətlə tanıyırsız Ağsunu? Siz o qədər yerlibazsınız ki, hər bir işdə İsmayıllı rayonunu önə çıxarırsız.
Əliyev Rövşən, Sizə bir təklifim var. Deməli ,Şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbin vəziyyətini yerində yoxlamaq üçün gəlin Ağsuya . Söz verirəm,benzin pulunuzu da mən verəcəm. Bir də mən dediyim restoranda naharınızın pulunu da mən ödəyəcəm. Amma mən dediyim yerdə,yaxşı, elit restorandı,narahat olmuyun.
Mən daha Sizin üçün nə edim ki, Siz öz məmur,insanlıq borcunuzu yerinə yetirəsiniz?
Sizdən nə gedir ,gəlin də,əlaxüsus ,
Şamaxı-İsmayıllı istiqamətində yol təmiri üçün iş gedir,buna görə də Ağsudan İsmayıllıya getmək daha rahatdı.
PS: Şərhimi silmək ağlınıza belə gəlməsin, bunu hər yerdə paylaşacam onsuz da.
P.S.S: Rövşən Əliyev, təkrar edirəm, benzin pulu və mən dediyim restoranda nahar mənlikdi...
P.S.S.S.: Əliyev Rövşən,belə getsə Sizi məhkəməyə verəcəm. Birincisi öz işinizi düzgün həyata keçirə bilmədiyinizə görə. Qalan məhkəmə predmetlərini taparam, narahat olmayın.
Cabir Cəfərov