NATO-ya üzv etmirlərsə, nüvə silahı versinlər - Zelenski

ABŞ Ukraynanın NATO-ya qoşulmasına kömək etmək istəmirsə, ona alternativ təhlükəsizlik zəmanəti - nüvə silahı verilməlidir.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski müsahibəsində deyib.

Dövlət başçısı etiraf edib ki, Ukraynanın NATO-ya daxil olması illərlə və ya onilliklərlə uzana bilər:

"Hansı dəstək paketi, hansı raketlər? Onlar bizə nüvə silahı verəcəklər? Yaxşı, qoy, onda nüvə silahı versinlər".

Share on Facebook