18:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında Ankarada görüş başlayıb.
Sozcu.az xəbər verir ki, ikitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd əş-Şara birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Ankarada səfərdədir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında görüş başa çatıb.
Görüşdən sonra liderlər mətbuata açıqlamalar verirlər.