Vidadi İsgəndərli vəfat etdi

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib. O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.

Bakıda məktəbdə PARTLAYIŞ - Yaralanan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.  Sozcu.az APA -ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.  İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.  vakansiya TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Müharibə veteranlarına mühüm XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir. Sozcu.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib. O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır: azal vakansiya “Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”. İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir: “Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”. Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir: “Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.

Bağçalarda dolaşan kabus: Uşaqları hansı təhlükə gözləyir?

Ötən həftə bağçada 2 yaşlı qızın ölümü hər kəsi məyus etdi. Hadisədə bir sıra nüanslar səbəb kimi göstərilsə də (uşağın yıxılmağı, boğazında qida qalmağı, ürək qüsuru olmağı) körpənin atası açıqlamasında övladında ürək qüsuru olmadığını bildirdi. Hadisə zamanı bağçada tərbiyəçilərin əvəzinə aşpazın olması, xəstəxanaya uşağı həmin şəxsin çatdırması kimi məqamlar bağçalarda uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirir.  Sözügedən məsələ barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Sabah”a danışıb: “Həqiqətən də çox məyusedici bir hadisədir. Valideynlərinə Allahdan səbr diləyirəm. Uşağı sağlam uşaq bağçasına qoyub sonra ordan ölüm xəbərini almaq çox ağır travmadır. Belə ki, baş verən hadisə bir çoxlarında yaranmış əminlik hissini yox edir. Gələcəkdə daha tələbkar yanaşmaq, daha ehtiyatlı olmağa vadar edir.  Əlbəttə, qeyd edilən nüanslar məhkəmə tibbi ekspertizası ilə bağlıdır. Lakin məsuliyyətli valideyn öz uşağını vaxtlı-vaxtında müayinədən keçiribsə, o halda o, bu məsələ ilə bağlı axıra qədər getməli və hadisənin təkcə məsuliyyətsizliklə yekunlaşmasına, ciddi tədbirlər görülməsi ilə nəticələnməsinə nail olmalıdır”.  vakansiyalar M.Zeynalova bağçalardakı təhlükəsizlik məsələsinə də toxunub: “Bağçalarda müəllim heyətinin peşəkarlığı, hər hansı hadisədə ilkin tibbi yardımı göstərə biləcək şəxslərin olması mütləq şəkildə monitorinq edilməlidir. Uşağa aşpazın baxması o deməkdir ki, müəllimlər iş başında olmayıb, eləcə də müəssisə rəhbəri. Aşpazın uşağı xəstəxanaya çatdırması da vaxtından  tibbi yardımın göstərilməsi üçün təhlükəsizlik tədbirlərinin nəzərdə tutulmasından xəbər verir. Bütün göstəricilərə görə, belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, baxçada təlim-tərbiyə işləri və təhlükəsizlik tədbirləri qənaətbəxş deyilmiş. Mən yenə qeyd edirəm ki, bu daha çox istintaqın araşdırmasında müəyyən ediləcək məqəmlardır. Amma ictimaiyyyəti hazırda baş vermiş hadisənin qədər tərəfi yox, məhz bağçaya verilən uşaqlarla bağlı ciddi sistemin olmaması və ilkin tibbi yardım, ilkin təhlükəsizlik tədbirləri üçün personalın məlumatlandırılmaması da maraqlandırır. Personal bütün qeyd edilən böhran vəziyyətlərin aradan qaldırılması ilə bağlı tədbrilər planında iştirak etməli, məlumatlı olmalı və onun praktik tədbiqini öyrənməlidir”. 

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Livanda şiddətli döyüşlər - İsrail çağırış etdi

İsrail ordusu Livanın cənubunda Hizbullahla intensiv döyüşlər aparır və sakinləri Litani çayının cənubuna avtomobillə getməməyə çağırır. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Avixay Edri deyib. “Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah qüvvələri mülki əhalidən canlı qalxan kimi istifadə edərək hücumlar təşkil edir. Şəxsi təhlükəsizliyiniz naminə sizdən tələb edirik ki, nəqliyyat vasitələri ilə şimaldan Litani çayının cənubuna doğru gəlməyin”, - Edri əhaliyə çağırışında bildirib.

Britaniya İsraili və Livanı atəşkəsə çağırdı

Böyük Britaniya İsrailin Livana hava zərbələrindən sonra bütün tərəfləri gərginliyi azaltmağa və atəşkəs əldə etməyə çağırıb. Sozcu.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəklədiklərini qeyd edərək bildirib: “Bizim çox açıq mesajımız budur ki, bütün tərəflər təmkin nümayiş etdirməlidir. Hər kəs geri çəkilməli və gərginliyin qarşısını daha çox almalıdır. Atəşkəs regionda sülhün təmin edilməsi üçün zəruri olan siyasi həll yolu tapmaq istiqamətində lazım olan imkanı təmin edəcək”. O, regionun uçurumun kənarından geri çəkilməli olduğunu təkrarlayıb və bölgənin təhlükəli həddə yaxınlaşdığını vurğulayıb. Qeyd edək ki, Kir Starmer və digər hökumət nazirləri Britaniya vətəndaşlarını kommersiya uçuşları ilə Livanı tərk etməyə çağırıblar. Baş nazirin sözçüsü deyib ki, hazırda hökumətin diqqəti Livanı tərk etmək istəyənlər üçün ticarət uçuşlarında əlavə yerlər təmin etməkdir. O, britaniyalıları bir daha Livanı tərk etməyə, hökumətlə əlaqə saxlayıb mövcudluqlarını qeydiyyata almağa çağırıb.

Fransa İsraili Livanı işğal etməməyə çağırıb

Fransa İsraili Livanı işğal etməməyə çağırıb. Bu barədə məlumatı Reuters agentliyi yayıb.

İsrail ABŞ-a məlumat verdi

 İsrail ABŞ-a məlumat verib. Sozcu.az xəbər verir ki, İsrail ABŞ-a Livanda məhdud quru əməliyyatı planları barədə məlumat verib. Mənbə, Vaşinqton post

İsrail Livanı kasetli bombalarla vurur - ŞOK

İsrail ordusu bir neçə dəqiqə əvvəl Livan sərhədlərini keçərək ölkəyə daxil olub. Sozcu.az xəbər verir ki, yerli medianın verdiyi məlumata görə, əməliyyatlar havadan və qurudan aparılır. Bildirilib ki, İsrail dünyada yasaq edilən kaset bombalardan istifadə etməyə başlayıb.  "İsrail Livanda “Hizbullah”a qarşı ağ fosforlu sursatlardan istifadə edir." - , deyə bildirilib. Həmin görüntülər artıq bir çox nüfuzlu dünya mediasında yayımlanmağa başlayıb.

Netanyahu İran xalqına müraciət etdi: "Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”

Mən İranın liderləri haqqında çox danışmışam. Amma bu həlledici məqamda mən birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Heç bir vasitəçi olmadan. Orta Şərqdə İsrailin əlinin çatmadığı bir yer yoxdur. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz bir yer yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib. “Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”.

Bakıda 22 yolda tıxac var - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:   1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;  6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;  7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;  8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;  9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);  10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 11. Babək prospekti, mərkəz istiqamətində;  12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;  15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;  16. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;  17. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;  18. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;  19. Zərifə Əliyeva küçəsində;  20. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;  21. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  22. Mehdi Hüseyn küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xameneinin qəzeti “qonşu ölkələri” vurmağı təklif etdi

Əli Xameneinin ofisinə bağlı olan “Keyhan” qəzeti İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsinə cavab olaraq İranla qonşu ölkələri vurmağı təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə qəzetin bugünkü sayında material dərc olunub. “İsrailin regiondakı bazalarını, xüsusən də İran ətrafında və bölgədəki tərəfdaşlarını hədəfə almaq lazımdır”, - nəşrdə dərc olunan məqalədə bildirilib. Qeyd edək ki, “qonşu ölkələr” deyərkən “Keyhan”ın hansı dövlətləri nəzərdə tutduğunu təxmin etmək çətin deyil.

İsrailə qarşı bölmə yaratdıq, rəhbəri MOSSAD-çı çıxdı

İranda MOSSAD-ın çox güclü kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Sozcu.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Hizbullah lideri Həsən Nəsrullahın ölümünü şərh edərkən deyib. “Biz İsraillə mübarizə aparmaq üçün struktur yaratdıq və məsul şəxsin MOSSAD agenti olduğu ortaya çıxdı”, - o bildirib.

Bakıda mənzillər kəskin bahalaşdı

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb. "Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb. Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb", - deyə ekspert qeyd edib. Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.

Bakıda temperatur 11 dərəcəyə düşəcək - DƏHŞƏTLİ SOYUQLAR GƏLİR

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. vakansiyalar Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-40 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəyrayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 47-56 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 31-61 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 4-9 isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).

Vidadi İsgəndərliyə hücum edənlər kimdir? - Qardaşı danışdı

“Həkimlər mənə onunla 1 dəqiqə görüşməyə icazə verdilər. Çünki reanimasiyadadır. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb". Sozcu.az xəbər verir ki, bunu Fransada bıçaqlandığı xəbəri yayılan Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli i Qənimət Zahidin verilişində bildirib. O bildirib ki, hücim edən şəxs bıçaqla qardaşına alın nahiyəsindən zərbələr endirib: "Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Qardaşım hücum edən şəxsi itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Ona görə də kim olduqları bilinmir”.

Gəncədə ŞOK: Mədəkiçiltmə əməliyyatı keçirən qadın öldü

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan qadın ölüb. Sozcu.az xəbər verir ki, hadisə sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikalardan birində qeydə alınıb.  Üzərində mədəkiçiltmə əməliyyatı həyata keçirilən, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova əməliyyatdan bir həftə sonra dünyasını dəyişib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

8-ci mərtəbədən yıxılan 12 yaşlı qız öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib. Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

82 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az Trend-ə istinadən istinadən xəbər verir ki, rayon sakini, 1942-ci il təvəllüdlü Nəsib Süleymanov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü - Vəziyyəti ağırdır

Göygöldə bədbəxt hadisə baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nəsrullahın yerini İsrailə iranlı casus DEYİB

İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. “İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb. Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.

Həsən Nəsrullahın meyiti dağıntılar altından ÇIXARILDI

"Hizbullah" lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb.  Sozcu.az “Al Nahar” qəzetinə istinadən xəbər verir ki, Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində tibbi ekspertiza aparılıb. Qeyd edilib ki, "Hizbullah" lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.