Səfərbərlik xidmətinin zabitinə hökm oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, H. Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb. İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib. Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.

İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Sozcu.az-ın “Unikal”a istinadən məlumatına görə, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib. Tunelin açılışı 2020-ci ildə olub. Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur. Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?

Lənkəran-Astara zonasında leysan davam edir

Oktyabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub. Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Erməni parlamentindən delimitasiya ilə bağlı qərar

Ermənistan parlamenti bu gün keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, 67 deputat layihənin lehinə səs verib. Səsvermədə yalnız Mülki Müqavilə Partiyasının deputatları iştirak edib. “Ermənistan” və “Şərəfim var” müxalif fraksiyaların deputatları səsverməyə qatılmayıb.

Ordumuzun zabiti qəzada öldü

Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az unikal-a istinadla xəbər verir ki, "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib. E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.

Müavinət, təqaüd, kompensasiya... - Ödəniş tarixi məlum oldu

Oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat yayıb.

"İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər?"

"Bu gün Bakıda avtomobil tunelində iki nəfərin həyatını itirməsi sadəcə təsadüfi bir faciə deyil, bu, bizim şəhər rəhbərliyinin və infrastruktur planlamasının tam iflasının acı nəticəsidir. Bəs bu qədər məsuliyyətsizlik nə vaxta qədər davam edəcək? Bu, bir yağış hadisəsi deyil, bu, düşünülməmiş, planlaşdırılmamış və vətəndaşın təhlükəsizliyinə qarşı etinasız yanaşmanın nəticəsidir".  Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yazıb. O, ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunaraq bunları qeyd edib: "Tunellərimiz, yollarımız hər yağışdan sonra dənizə çevrilir. Hansı əsrdə yaşayırıq ki, paytaxtın əsas yollarında yağış suları belə fəlakətlərə səbəb olur? Bu cür hadisələrin qarşısını almaq üçün bir tədbir görmək bu qədərmi çətindir? İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər? Hər susqunluğumuz bir növbəti faciənin yolunu açır".

Faktiki hava şəraiti açıqlandı

Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

Tuneldə boğularaq ölən Elnurun FOTOSU

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış. Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb.

“Öcalanı buraxaq, gəlsin söz versin!” - Baxçalıdan sensasiyalı çıxış

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sensasiya xarakterli çıxış edib. Sozcu.az xəbər verir ki, Dövlət Baxçalı MHP-nin bugünkü qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Özalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib D.Baxçalı onu da sdeyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın. “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır. Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq. Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”. Baxçalı deyib ki, Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir: “Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”. Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu çağırışı milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar: “Fikrimcə, bu prezident Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq, PKK-nın tərk-silah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərk-silah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə, yenidən terrora başladı. Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyacı var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.

13 əsas yolda tıxac var - SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:   1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;  2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;  4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; Ətraflı  5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;  9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;  10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;  12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;  13. Heydər Əliyev prospekti, köməkçi yol, "Koroğlu" m/st istiqamətində sıxlıq müşahidə olunur.

Tuneldə boğulan gənclərin son anı: deyib-gülürlər - Video

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov və 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinov suda boğularaq dünyasını dəyişib. Sozcu.az-ın Sfera.az-a istinadən məlumatına görə, Köçəri Abbasov son dəfə tuneldə köməksiz vəziyyətdə qaldıqları anı video çəkərək qardaşına yollayıb. Həmin görüntüləri təqdim edirik:

Hərbçimiz atəş nəticəsində həlak oldu - Rəsmi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub. Hərbi Prokurorluqdan Sozcu.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Ən çox yağış Binə qəsəbəsinə yağıb - Faktiki hava

Oktyabrın 22-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir. Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub. Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb. Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 972-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 681 580 hərbçi, 9 079 ədəd tank, 18 199 ədəd zirehli döyüş maşını, 19 623 ədəd artilleriya sistemi, 1 234 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 981 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 111 ədəd avtomobil texnikası, 17 404 ədəd PUA, 2 624 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 499 xüsusi avadanlıq itirib.

Bakı və Abşeronda yağıntı normadan dəfələrlə çox olub

Oktyabrın 22-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir. Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub. Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb. Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Mərdəkan tunelində sərnişin avtobusu batdı

Ötən gecə Bakıda yağan güclü yağış nəticəsində Mərdəkan tuneli də tamamilə su altında qalıb. Tuneldən keçmək mümkün olmayıb və sürücülər böyük çətinliklərlə üzləşiblər. Sozcu.az xəbər verir ki, lentə alınan görüntülərdə tunelin içərisinin tamamilə su ilə dolduğu və suyun səviyyəsinin avtomobillərin yarısına qədər qalxdığı müşahidə edilir.

Yağış nə vaxt kəsəcək? - Rəsmi

Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. Xidmətin rəsmisi bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək. “Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Veteranlara verilən 80 manat bu qədər artacaq

Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir: "Hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".

Quterreş Bakıya gəlməyə HAZIRLAŞIR

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino “Report”a açıqlamasında deyib. BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək: “Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.

Moldovada seçki bitdi, xalq qərarını verdi

11:04 Moldovanın Avropa Birliyinə daxil olub-olmamaqla bağlı keçirilən referendumda nəticələr dəyişib. Sozcu.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 98,33%-nin sayılmasından sonra AB-yə “hə” deyənlərin 50,03%, "yox" deyənlərin isə 49,97% olduğunu elan edib. Səslər arasında olan cüzi fərq (756 səs) nəticələrin dəyişə biləcəyi ehtimalını saxlayır. Qeyd edək ki, bülletenlərin 54%-i sayıldıqdan sonra AB əleyhdarları 55 faizlə tərəfdarları üstələyirdi. Xatırladaq ki, ötən gün Moldovada prezident seçkiləri də referendumla birgə keçirilib. Prezident seçkilərində hazırkı prezidenti Maya Sandu səslərin 97,8%-nin sayılmasından sonra 41,84%-lə liderdir, onun əsas rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,35% səs toplayıb. *** Moldova Mərkəzi Seçki Komissiyası səslərin 100 faiz sayıldığını bəyan edib. Referendumda səs verənlərin 50,46%-i Moldova Konstitusiyasına AB-yə daxil olmaq kursunun dönməzliyi ilə bağlı dəyişiklikləri dəstəkləyib, 49,54%-i əleyhinə olub.

İsraildən şok: Hizbullahın yarım milyardlıq bunkeri tapıldı

Livanın paytaxtı Beyrutda xəstəxanalardan birinin altında Hizbullaha məxsus bunker yerləşir və orada 0,5 milyard dollar dəyərində pul və qiymətli əşyalar saxlanılır. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Bu bunkerin Dahiya yaxınlığında Əl-Sahel xəstəxanasının altında yerləşdiyi və onun bir zamanlar Hizbullahın keçmiş lideri Həsən Nəsrullah tərəfindən istifadə edildiyi iddia edilir. Bildirilib ki, obyekt uzunmüddətli işğal və döyüş əməliyyatlarında istifadə edilməsi üçün nəzərdə tutulub.

Tramp Maskın gündəlik 1 milyon mükafatının harasındadır? - TƏHLİL

Seçkilərə 15 gün qalır. Bu yazını, üzdə və pərdə arxasında baş verən hadisələrin mühümlüyü və özəlliyi baxımından xüsusilə qeyd etmək istəyirəm. İlon Maskdan başlayaq. İlon Mask və Tramp yeni "mexanizm" icad ediblər. "America PAC"(siyasi aktivlik komitəsi) adlı təşkilat var, bu təşkilat üzərindən Donald Trampın seçki kampaniyası maliyyələşir. Bir neçə gün qabaq "America PAC" öz saytında onlayn-petisiya dərc edib və vətəndaşları bu petisiyanı imzalamağa çağırıb. Petisiya ABŞ Konstitusiyasına "Birinci düzəliş"(bildiyimiz, fundamental insan haqları prinsipləri. Mask hesab edir ki dem-lar söz azadlığına hücum çəkirlər deyə, "Birinci düzəlişi" önə çəkir, əslində isə gülməlidir)və "İkinci düzəliş"inə(silahların azad istifadəsi) dəstək məqsədilə yaradılıb. "Amerika PAC" bədii peticiyanı dərc edəndən dərhal sonra, İlon Mask bəyan etdi ki, hər gün petisiyanı imzalayan təsadüfi 1 nsana 1 miyon dollar verəcək.  Siz soruşacaqsınız, bəs Tramp və Trampa dəstək, bu petisiyanın və Maskın gündəlik 1 milyon mükafatının harasındadır? Yəni Trampın bura nə aidiyyatı var? ABŞ-da federal qanun insanların səs verməsi və ya səs verməsi üçün qeydiyyatdan keçməsinə görə pul ödənişlərini qadağan edir, bu qanunun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Bununla belə, Maskın təşəbbüsü, səsvermədə iştirak etmək və ya səs vermək üçün qeydiyyatdan keçmək deyil, petisiya imzalamağa çağırmaqdır. Bəs niyə? Əsas məsələ ondadır ki, petisiyanı imzalamaq üçün insan öz şəxsi məlumatlarını sayta daxil etməlidir, sonra isə, bu məlumatlar Trampın seçki qərargahına göndərilir, qərargah isə öz növbəsində təbliğatı(zənglər, məktublar və s) həmin insanlara hədəfləyir. Qeyd edək ki, petisiya məsələsi sırf "bənövşəyi" ştatlar üçün nəzərdə tutulub, mahiyyəti başa düşdünüz. İlon Maskın təşəbbüsünün məqsədini aydınlaşdırdıq, bu məsələyə qayıdacağıq, indi isə keçək əsas məqamlara. "Polymarket" seçkilər üzrə əsas bukmeker şirkətlərindən biridir, nəhəngdir. Hal-hazırda "Polymarket"də çox qeyri-adi və ilk baxışdan bizim üçün dəhşətli hadisələr baş verir. Nə baş verir? "Polymarket" qələbə ehtimallarını belə verir: Tramp-61%; Harris-39%. "Bənövşəyi" ştatlarda qələbə ehtimalları(sorğuların nəticələrilə qarışdırmayın, qələbə ehtimalı %-i başqa, sorğuların nəticələri %-ləri başqa) : Miçiqanda Tramp-55%, Harris-45%. Pensilvaniya Tramp-59%, Harris-41%. Nevada Tramp-55%, Harris-45%. Şimali Karolina Tramp-65%, Harris-35%. Corcia Tramp-69%, Harris-31%. Viskonsin Tramp-56%, Harris-44%. Arizona Tramp-70%, Harris-30%. Necə deyərlər toyumuz mübarək, 7 "bənövşəyi" ştatdan 7-sini uduzuruq, ən azı "Polymarket" belə göstərir. Bu həqiqətənmi elədir? Əslində gerçəkdən çox qorxulu mənzərədir və hal-hazırda demək olar ki, hər yerdə eyni məlumatlarla rastlaşacaqsınız-"Tramp öndədir", "Tramp irəliləyir", "Bukmekerlər Trampı favorit sayır" və s. Narahatedici deyilmi? İndi isə sizə verəcəyim məlumatlarda açıq mənbələrə istinad edə bilməyəcəm, amma əmin olun ki, mənbələrin etibarlılığı şübhə doğurmur. Etibarlı mənbələr xəbər verir ki, Trampın seçkilər qərargahı sorğuların gerçək nəticələrini gizlədir, açıqlanan nəticələr isə hamısı resp-lərin kurasiyasında olan seçki monitorinqi mərkəzləri vasitəsilə olur və saxtadır. Məqsəd isə, "Tramp böyük fərqlə irəlidədir" mifi yaratmaqdır. Deməli "Polymarket"in əsas investoru Piter Til İlon Maskın çox yaxın dostudur, Cey Di Vensin əsas sponsorudur. Deyilənə görə Mask və Piter Til arasında danışıqlar olub, Mask Piter Tildən xahiş edib ki, "Polymarket" süni şəkildə Trampın qələbə ehtimalları göstəricilərini kəskin artırsın(əmsalları endirsin) və başqa bukmeker nəhəngləri(misal üçün "Kalshi") eyni dərəcədə olmasa da, əmsalları eyni istiqamətdə dəyişməyə məcbur olacaq(Trampın lehinə). Bunu dolayısı yolla sübut da edə bilərik. ABŞ-da bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Erkən seçkilərdə iştirakçılıq faizi, indikator rolunu oynayır, niyə? Erkən səsvermədə adətən böyük şəhərlərin və mərkəzlərin sakinləri iştirak edir, böyük şəhərlər isə demokratların elektoratıdır. Başqa sözlərlə, erkən seçkilərdə nə qədər çox adam səs verirsə, dem-lara o qədər yaxşıdır, deməli iştirakçılıq faizi yüksək olacaq, deməli böyük şəhərlərin əhalisi evdə oturmayacaq. İndi baxın nə baş verib. Corciyada erkən seçkilər başlayıb və ilk gündə rekord sayda adam səs verib, keçən ildəkindən 2.2 dəfə çox. Corciya "bənövşəyi" ştatdır və belə nəticə əmsallara təsir etməliydi, demokratların lehinə. Həmin gün isə əks proses gördük, Trampın qələbə ehtimalı göstəricilərini kəskin artırdılar, kim? Piter Til("Polymarket"). Məntiqsizlikdir, açıq görünür ki, müdaxilə var. Yox, mən demirəm ki, "dağıda-dağıda gedirik", "bütün bənövşəyi ştatlarda irəlidəyik" və s. Elə deyil , çox çox gərgin savaş gedir, hər "bənövşəyi" ştatda. Amma resp-lərin hər yerdə yayımladığı kimi də deyil. Və ümumiyyətlə heç kim deməyib ki, asan olacaq, siyasət böyük savaşdır və bu savaşı qazana bilənlərlər irəli çıxmalıdırlar. Demokratlar bunu bacarırlar, bacaracaqlar. Mən buna inanıram. Kamran Cəfərov, politoloq

Arif Hacılı: "Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları məhdudlaşacaq"

"Moldovada məsələ bitdi. Seçkilərdə Dnestryanı və digər ərazilərdə Rusiya tərəfdarlarının ciddi saxtakarlıqlarına baxmayaraq, xalq öz iradəsini nümayiş etdirə bildi. Referendumda avrointeqrasiya tərəfdarları, prezident seçkilərində Maia Sandu qalib gəldi və növbəti turda üstünlüyünü daha da möhkəmləndirəcəyi gözlənilir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı deyib.  "Növbə Gürcüstanındır" , deyən Arif Hacılı bildirib ki,  bu bazar günü Gürcüstan xalqı öz inkişaf yolunu müəyyən edəcək:  "Bu seçkilərin nəticələri yalnız Gürcüstan üçün deyil, həm də region ölkələri, postsovet məkanı üçün xüsusi əhəmiyyət kəsb edir və yeni dünya düzəninin formalaşmasına təsir göstərəcəyi şübhəsizdir.  Ümid edirik ki, bu seçkilərdən sonra Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları bir qədər də məhdudlaşacaq".