BP-də çalışan 69 azərbaycanlı işini itirib

2025-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 344 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.

Məlumat üçün bildirək ki, 2024-cü ilin yekununda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413  nəfər olub. Bu isə o deməkdir ki, ötən il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 69 nəfər azalıb.

Share on Facebook