Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Xidmətdən Sozcu.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub.
Düşən yağıntının miqdarı: Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.