"Ukraynanı NATO-ya işğal edilmiş ərazilərilə də qəbul etmək olar..."
NATO-nun sabiq baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynanın bütün əraziləri Rusiya işğalından azad edilməsə belə, o, Alyansa üzv ola bilər.
Sozcu.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrinə müsahibəsində deyib.
Stoltenberq hesab edir ki, əgər Ukrayna işğal edilmiş ərazilərilə Alyansa üvz olarsa, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin tətbiqi ilə bağlı məsələnin həlli üsulları var.
O, qeyd edib ki, elə bir xətt ola bilər ki, onun beynəlxalq birlik tərəfindən tanınması mütləq olmasın.
"Yedə də müqayisə aparmaq həmişə çox təhlükəlidir, çünki heç bir paralellər 100 faiz doğru olmur, amma Birləşmiş Ştatların Yaponiyanın təhlükəsizliyinə zəmanati var. Lakin bu zəmanətlər Yaponiyanın özünün hesab etdiyi, amma Rusiya tərəfindən nəzarət edilən Kuril adalarına şamil edilmir", - o, dəqiqləşdirib.
Bundan başqa, o, həmçinin Şərqi Almaniyanı özünün böyük bir hissəsi hesab etdiyi Qərbi Almaniyanı xatırladıb. "Onların Şərqi Berlində səfirliyi olmayıb. Lakin NATO, əlbəttə ki, o zaman yalnız Qərbi Almaniyanı müdafiə edib. İradə olanda, qərar qəbul etməyin üsulları da olur. Amma bizə elə xətt lazımdır ki, 5-ci maddə tətbiq edilsin, Ukrayna da bu xəttədək bütün ərazilərinə nəzarət etsin", - Stoltenberq əlavə edib.
"Mən Putinin üzdəniraq "qırmızı xətləri"nin keçilməsinə təkid etmişəm..."
Stoltenberq bəyan edib ki, o, həmişə Rusiyanın Ukraynada müharibə ilə bağlı "qırmızı xətləri"nin keçilməsinə tərəfdar olub. O, deyib ki, tammiqyaslı müharibənin əvvəlində elə günlər və həftələr olub ki, biz bu xətlərlə bağlı məsələləri müzakirə edib qərarlar qəbul etməli olmuşuq. Onun sözlərinə görə, biz təhlükəni nəzərə almalıydıq, amma Ukraynaya yardımı dayandırmaq variantımız olmayıb.
"Əslində mən bütün bu üzdəniraq "qırmızı xətlərin" keçilməsinə təkid etmişəm. Və biz onların bir çoxunu keçmişik, Putin isə heç nə etməyib. Gerçəklik budur ki, əgər Putin kütləvi qırğın silahını tətbiq etməklə eskalasiyaya getmək istəyirsə, o, bunun üçün bütün zəruri səbəbləri yarada bilər. Hələ ki, biz bunun blef olduğunun üstünü açmışıq".
"Zelenskinin təcrübəsi yox idi, mən onu lazımınca dəyərləndirməmişəm..."
Daha sonra NATO-nun sabiq baş katibi deyib ki, prezidentliyinin əvvəlində Zelenski siyasətdə təcrübəsiz olub, ona görə də o, lazımınca dəyərləndirilməyib.
Stoltenberqin Zelenski ilə ilk görüşü 2019-cu ilin iyununda, onun prezident seçilməsindən bir neçə həftə sonra baş tutub. "O, mənim xoşuma gəlib, amma onun hərbi lider olacağını mən təsəvvür etmirdim. O, təcrübəsiz idi, ən sadə suallar verirdi, mən onu tamamilə dəyərləndirə bilməmişəm", - Stoltenberq xatırlayıb.
Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi başlananda, işğalçılar Zelenskini ələ keçirməyə çox yaxın olub. "Bu, bir növ sınaq olub. Əgər Kiyev süqut etsəydi və onlar Zelenskini ələ keçirsəydilər, - onlar isə buna çox yaxın olub, - o zaman müharibə tamamilə başqa cür olacaqdı", - o, deyib.
O, həmçinin Zelenski ilə ilk "ağır" telefon söhbətini xatırladıb. Söhbətin xeyli hissəsi uçuşsuz zonaya həsr edilib. O, uçuşsuz zona istəyib, amma mən bunu edə bilməzdim. Gerçəklik belə olub ki, lap əvvəldən mən NATO-nun bu məsələdə yanaşmasını müəyyən etmişdim. Bu da münaqişənin bir hissəsi olmadan Ukraynaya dəstək verməkdən ibarət olub", - NATO-nun sabiq baş katibi deyib.