Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, görülən hazırlıq işləri barədə məlumatlandırıb. Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Kurtlar Vadisi" ilə bağlı ŞOK HƏQİQƏT - Oktay Kaynarca illər sonra etiraf etdi

Serialda Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca “Kurtlar Vadisi” serialı ilə bağlı illərdir bilinməyən bir həqiqəti açıqlayıb. Bu təəccüblü etiraf televiziya aləmində böyük əks-səda doğurub. Oktay Kaynarca Türkiyə televiziya tarixində iz qoyan "Kurtlar Vadisi" serialı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Kafa TV-də Candaş Tolqa Işığın "Fenomen" verilişində qonaq olan məşhur aktyor, "Kurtlar Vadisi"nin əslində Amerika serialından çəkildiyini bildirib. Kaynarcanın açıqlamaları, "Kurtlar Vadisi"nin əslində orijinal bir istehsal olmadığını, Amerikanın "Böyük Trap" serialından ilhamlandığını ortaya çıxardı. Bu etiraf serialın pərəstişkarları arasında sürprizlə qarşılanıb. “Kurtlar Vadisi” yayımlandığı dövr ərzində geniş tamaşaçı kütləsi toplayıb və Türkiyə televiziyası tarixində iz qoyan əsərlərdən biri kimi yadda qalmağa davam edib. Kaynarca verilişdə bunları qeyd edib: " "Əslində o zaman TRT-də "Büyük Trap" adlı serial var idi. Amerika formatı idi və böyük maraqla baxırdıq. Daha sonra Osmanın yanına gedib dedim, bu serial formatlansa, Türkiyədə çox diqqət çəkəcək. Ancaq bu mövzu bir müddət gündəmdə olmadı, sonra Osman mənə zəng edərək layihəni etməyə qərar verdiklərini söylədi"./Manset.az

Hərbçimiz özünü ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah rəhmət eləsin!

Azərbaycana qar yağır - FAKTİKİ HAVA

Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır. vakansiya Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

"Ronaldonu ələ salıb deyirdik ki..."

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand həmin vaxt komanda yoldaşlarından biri olan Kriştiano Ronaldo haqqında danışıb. Sozcu.az xəbər verir ki, o, "qırmızı şeytanlar"a keçərkən hələ 18 yaşında olan hücumçunu dəfələrlə ələ saldıqlarını söyləyib:   “Biz onu 7 nömrəli formanı geyindiyi üçün danlayırdıq. Çünki Ronaldo 7 nömrəli formanın əvvəllər Devid Bekhemə məxsus olduğunu bilərək bunu qəbul etmişdi. Biz ona dedik ki, əsl 7 nömrə Bekhemdir. Ronaldo əhvalı pis olanda özünü itirirdi. Onu tez-tez ələ salırdıq. Ronaldo həmin vaxt bizdən çox gənc idi. Bizim əməlimizi zorakılıq kimi qiymətləndirə bilərdi. Amma bu, sadəcə onu sərtləşdirmək, inkişaf etdirmək üçün bir cəhdi idi". Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ildə yenidən bu kluba qayıdıb və 2022-ci ilin noyabrında ayrılıb. 39 yaşlı forvard hazırda "Əl-Nəsr"in formasını geyinir.

Aeroporta getmək istəyənlər bu yollardan istifadə etsin!

Oktyabrın 19-u və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sozcu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. "Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə XİN Müstəqilliyin Bərpası Günü münasibət ilə Azərbaycanı təbrik edib. Sozcu.az xəbər verir ki, nazirlik bu barədə rəsmi X hesabında paylaşım edib. “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qutlu oslun”, - paylaşımda bildirilib.

Çaylardan sel keçir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçir.

Minimum əməkhaqqı və pensiyalar bu qədər artırılacaq - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi təkliflər hazırlayıb və noyabr ayında büdcə müzakirələri zamanı Milli Məclisə təqdim olunacaq. Belə ki, minimum əməkhaqqının və təqaüdlərin artırılması gözlənilir”. Sozcu.az xəbər verir ki, bunu açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu artımın 8-10 faiz civarında olacağını düşünür: “Hər il maaş və təqaüdlər 8-10 % civarında artırılır. Məncə, bu konsepsiyaya uyğun hərəkət olunacaq. Davamlı şəkildə bundan sonrakı illərdə də bu addımlarla gedilməsi nəzərdə tutulur. Hazırda minimum əməkhaqqı 345 manatdır, artımla təqribən 380-390 manat civarında ola bilər”, – deyə partiya sədri vurğulayıb. (Unikal.az)

Evin içində ocaq yandırdı, öldü

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, rayonun Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman evin içərisində ocaq yandırıb və yanıq xəsarətləri alıb. 34 yaşlı R.Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. kapital bank vakansiya Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda tələbə qəfil ÖLDÜ

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Sozcu.az bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat verib. O, bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin III kurs tələbəsi Murad Bayramlı 17 oktyabr tarixində ürəktutmadan qəfil vəfat edib. vakansiya 2023 Dostu daha əvvəl Muradın səhhəti ilə bağlı heç bir problemi olmadığını deyib. Vəfat edən tələbə ailədə 3 övlad olub, 1 bacı, 1 qardaşı var.

Səbail məhkəməsindən Vardanyan haqda qərar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb. Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. azal vakansiya Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Kəlbəcərlilərə şad xəbər: İlk köç bu tarixdə başlayacaq

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu işğal altında olan digər rayonlarımız kimi rəşadətli ordumuzun qəhramanlığı nəticəsində azad edildi.  Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları, 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdilər. Hazırda Kəlbəcər rayonunda quruculuq işləri gedir. Kəlbəcərlilər doğma yürdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.   Milli Məclisin Kəlbəcər rayonundan olan sabiq deputatı Aqil Məmmədov mətbuata verdiyi müsahibəsində,  "Kəlbəcər vətəndaşlarının doğma ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur" - deyərək, qayıdışla bağlı dəqiq vaxt bildirmişdir. Mətbuatda yayılan digər məlumatlarda da,  240 ailənin sentyabr ayında öz döğma yurdlarına köçəcəkləri haqqında məlumat verilmişdir. Buna baxmayaraq, kəlbəcərlilərin yürdlarına qayıdışı hansısa səbələrdən deyilən tarixlərdə baş tutmadı. Sozcu.az saytının əldə etdiyi məlumata görə, bu ilin noyabr ayında Kəlbəcərə ilk qayıdış baş tutacaq.  Əldə etdiyimiz məlumata görə, ikinci qayıdış dekabr ayında həyata keçiriləcək. Kəlbəcərlilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli öz doğma ocaqlarında qeyd edəcəklər.  Qeyd edək ki noyabrın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günü olaraq tarixə qızıl hərflərlə düşüb.  bu il 12534 nəfərin rayona köçürülməsi gözlənilir. Bunlardan 5268 nəfərin Kəlbəcər şəhərinin özündə tikilən evlərdə yerləşdirilməsi planlaşdırılır. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə  610 evin inşası həyata keçirəcəyi bildirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə köç prosesi Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində 2024-cü il üzrə davam etdiriləcək. Həmçinin, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mərhələli köçü planlaşdırılır. Qeyd etmək istərdik ki, ilin yekununadək  ağır şəraitdə yaşayan ailələrə üstünlük verilməsi şərti ilə növbəlilik prinsipi ilə köçə başlanılacaq.  Anar Rəsullu 

"Tələbələr yataqxanada yox, kirayədə qalır"

Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şikayətlənib.  Sozcu.az xəbər verir ki, aparıcı "Xəbər ertəsi" proqramında tələbələrin əksəriyyətinin kirayə evlərdə yaşadığını deyib: "Yataqxana var ki? Tələbələr kirayədə yaşayırlar. Neçə ailə tanıyıram, qohumlarım arasında da var, ya öz evlərində qalır, ya da ucqar rayondan gəlib kirayə ev tuturlar. Türkiyədə 30 minə yaxın azərbaycanlı tələbə var. Orada tələbə avtobusda, paltar alanda belə endirim əldə edir. Tələbə üçün 3 manat belə böyük puldur. Hansı yataqxana verilir, hansı yemək verilir?".axşam.az)

Ukrayna NATO-nun 33-cü üzvü olacaq - Rutte

Ukrayna gələcəkdə NATO-ya 33-cü və ya 34-cü üzv kimi qoşulacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. “Hazırda Ukrayna 33-cü üzv kimi görünür. Amma bəlkə də qarşılarına başqa biri çıxacaq. Lakin Ukrayna gələcəkdə NATO üzvü olacaq. Vaşinqtonda belə qərar verdik”, - Rutte bildirib.

"Skay Nyus" təsdiqlədi: Sinvar öldürülüb!

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb. Qeyd edək ki, bundan öncə Y.Sinvarın öldüyünü əks etdirən fotolar yayılmışdı.

Qəbələdə qadın övladı ilə birgə itkin düşdü

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır. Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Niderland Ukrayna üçün 271 milyon avro ayıracaq

Niderland Ukraynanı artilleriya mərmiləri ilə təchiz etmək üçün 271 milyon avro ayırmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə X-də Niderland baş naziri Dik Sxof məlumat verib. Onun sözlərinə görə, bir il əvvəl ölkəsi Danimarka və Çexiya ilə birlikdə Ukraynaya sursat tədarükü üzrə birgə layihənin təşəbbüskarı olub.

İrana çağırış edildi: İşğaldan əl çək!

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə adı çəkilən qurumların birgə bəyanatında deyilib. Bəyanatda İranın bu adalara nəzarət etməsi Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin pozulması adlandırılıb. Qeyd edək ki, bundan əvvəl İranın tərəfdaşları - Rusiya və Çin də adı çəkilən adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildiriblər.

Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də gizir İntiqam Bayram oğlu Əsgərlidir. İntiqam Əsgərli  16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. İntiqam Əsgərli  1997-ci ildə S. Hacıyev adına Viləş kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2008-ci ildə həmin məktəbdən məzun olan İntiqam Əsgərli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının “Gizirlik” kursunu bitirən İntiqam Əsgərli  2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb. İntiqam Əsgərli  2015-ci ildə isə Türkiyədə kəşfiyyat kursunu bitirib. İntiqam Əsgərli  2016-cı il aprel döyüşlərinin də iştirakşısı olub. Həmin hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əsgərli Talış kəndi istiqamətində döyüşüb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin əməliyyatda İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb. İntiqam Əsgərli qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun da nəşinin çıxarılmasında iştirak edib.  Xidmət dövründə fərqləndiyinə görə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.  2020-ci il 27 sentyabrda Ermənistanın növbəti təxribatının qarşısının alınması üçün Vətən Müharibəsi başlayanda İntiqam Əsgərli də ön cəbhədə olub. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və şəhid qardaşının qisasını düşməndən almaq olan İntiqam Şuşayadək döyüş yolu keçib. İntiqam Əsgərli Şuşa şəhərinin azad edilməsində də iştirak edib. Son döyüşü də elə Şuşada olub.  İntiqam Əsgərli Şuşanın azad edilməsindən 1 gün sonra - 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Masallı rayon  Viləş kənd məzarlığında dəfn edilib. İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulub.  Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərliyə məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İntiqam Əsgərliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  Bundan başqa İntiqam Əsgərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Belə ki, 2021-ci ildə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adı verilib. Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Mbappe 6 ilədək həbs oluna bilər

"Real"ın hücumçusu Kilian Mbappe İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası ala bilər. Sozcu.az xəbər verir ki, u barədə "Cerfia" məlumat yayıb. Bu cəza ittiham tərəfi fransalı forvardın təcazvüzdə günahkar olduğunu sübut edəcəyi təqdirdə baş verəcək. Qeyd olunur ki, Mbappenin adı faktiki olaraq işdə şübhəli şəxs kimi keçir. Daha əvvəl məlum olmuşdu ki, İsveç polisi Mbappenin təqsirləndirildiyi təcavüz işi ilə bağlı araşdırmaya başlayıb.

Milli fəallara qarşı hökm oxunub

8 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların məhkməsi olub və onların bir neçəsi barədə həbs qərarı çıxarılıb. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. Bildirilib ki, Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Bununla yanaşı adı çəkilən fəalların hər biri "milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq" ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.  "Milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq"da günahlandırılan başqa milli fəal  Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib. Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib və 1 il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib. Məhkəməniin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik bildirilməyib. Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.GünazTV

Qəbələ sakini faciəvi şəkildə öldü

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, Qəmərvan kənd sakini Rövşən Ağamurad oğlu Ağasıyev oktybarın 16-da bağ sahəsində meyvə yığan zaman su quyusunun yuxarı hissəsində olan mildən asılı qalaraq boğulub. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 675 minə yaxınlaşır

Ukrayna müharibənin 967-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 674 270 hərbçi, 9 014 ədəd tank, 18 002 ədəd zirehli döyüş maşını, 19 510 ədəd artilleriya sistemi, 1 232 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 815 ədəd avtomobil texnikası, 17 104 ədəd PUA, 2 620 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 446 xüsusi avadanlıq itirib.