Fevralın 24-də Tehran başda olmaqla, bir neçə şəhərin 17 universitetində tələbələr etiraz aksiyaları keçiriblər.
Sozcu.az xəbər verir ki, bu barədə İran Tələbə Hərəkatına bağlı sosial media şəbəkəsində məlumat yayılıb.
Etirazçı tələbələr “Diktatora ölüm”, “Məhbus tələbələrə azadlıq”, “Tələbə ölər, alçalmağı qəbul etməz” və başqa bu kimi şüarlar səsləndiriblər.
Hökumətə bağlı radikal qruplaşma üzvlərinin hücumu nəticəsində bir neçə tələbənin yaralandığı bildirilib.
Qeyd edək ki, Tehran və Məşhəd şəhərlərinin universitetlərində yeni etiraz aksiyaları fevralın 21-dən başlayıb.
