Polkovnik həbs edildi

Ermənistan Polisinin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini polkovnik Ovanes Tamamyan həbs edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin istintaq zamanı əldə edilən faktiki məlumatlara əsasən, Ovanes Tamamyan 2008-ci il martın 1-də heç bir əsas olmadan polis əməkdaşlarına İrəvanın Azadlıq Meydanında etirazçı E.A.-nı döyməyi və onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparmağı tapşırıb.

Bu tapşırıq əsasında E.A.-ya qarşı zorakılıq tətbiq edilib: onun bədəninin müxtəlif yerlərinə dəfələrlə yumruq və təpik vurulub, nəticədə ağır, həyati təhlükə yaradan xəsarətlər alıb.

Ovanes Tamamyan Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) ilə ictimai cinayət işi açılıb.

25 fevral 2026-cı il tarixində Ovanes Tamamyan məhkəməyə verilmək üçün həbs edilib.

İlkin istintaq davam edir.

Share on Facebook