MİT Xəlil Təkini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG-nin rəhbərlərindən “Seydo” kod adlı Xəlil Təkini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, adıçəkilən terrorçu Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl kateqoriya”lı axtarış siyahısında olub.

“İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar” - Folklorşünas OD PÜSKÜRDÜ

Milli mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Novruz bayramının xalqımızın tarixi yaddaşında müstəsna rolu var. Novruzun atributlarından hesab edilən bəzi adət-ənənələr zaman-zaman unudulsa da, əksəriyyəti bu günümüzə qədər gəlib çatıb. Qulaq falına çıxma, torba atma, şal sallamaq, su sulama, yumurta döyüşdürmə, tonqal üstündən tullanma və sair. Bu adətlərin əksəriyyəti unudulsa da bəziləri qismən yaşadılır. Məhəmməd Şəhriyar da bu ənənəni çox ustalıqla ifadə edib: Bayram idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu, Hər kəs şalın bir bacadan soxurdu, Ay nə gözəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq. Şal istədim, mən də evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Məsələ burasındadır ki, keçmişdə şal, torbasallama mərasimi müxtəlif bölgələrdə fərqli üsulla icra olunub. Bacalardan şal və torba sallanıb, qapılardan da papaq atılıb. Müasir dövrdə bu adət  bir qədər dəyişib. İndi müasir evlər nə şal, nə də torba sallamaq üçün münasib deyil. Üstəlik, indi şal və torba yoxa çıxıb. Uşaqlar daha çox başlarına qoyduqları idman geyimindən – papaqdan bu məqsədlə istifadə edirlər. Novruzda yaşlı insanların papaq atmasına rast gəlinmir və bu adətdən bir qayda olaraq uşaqlar və yeniyetmələr istifadə edir. Bu isə çoxları tərəfindən müsbət qarşılanmır. Çünki, papaq namus, qeyrət simoludur. Onun ayaqlar altına atılması heç də xoş qarşılanmır.  Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən folklorşünas Tahir Talıblı bildirib ki, Novruzun simvolları tədricən unudulur, təhrif edilir: “Müasir yeniyetmələr artıq şal sallamır, torba atmır, sadəcə papaq atır. Nəzərə alaq ki, papağı atanlar da 7-12 yaşlı uşaqlar olur. İndi hansı uşağa baxırsan başında idman kepkası və ya papağı var. Ona görə də həmin uşaqlar torba gəzdirməkdənsə başlarındakı idman papağından torba əvəzi istifadə edir. Bəlkə də bu xoş qarşılanmır. Amma uşaqları da başa düşmək lazımdır. Onlar alternativ tapmadıqları üçün belə edirlər. Nəzərə alın ki, bu, uşaq həvəsidir və usagı indidən çaşdırmaq, pisikdirmək olmaz. Əksinə  adət-ənənəni sevdirmək üçün bu tendensiya davam etməlidir. İndi bəziləri deyir ki, guya papaq atmaqla qeyrət əldən gedir. Belə şeylər danışmaqla xalqın min illik yaddaşına kölgə salmayın. Papaqla bağlı milli oyunlarımız var. Deməli, dədə-babamız “qeyrətlə” oyun oynayıblar? Papaq mövzusuyla alver etmək nadanlıqdır. Kimsə gündəmə gəlmək istəyirsə bu mövzunu nahaq ortaya atır. Bu cür yanaşmalar Novruzu gözdən salır. Əziz gündə uşaqların sevincinə kölgə salmaq yaraşmaz. İdman şapkasını “namus” adlandıranlar qoy milli papaqlarımızın yoxa çıxmasından danışsınlar. Bütün Qafqaz xalqları və hətta Orta Asiyada milli geyimlər qorunub yaşadılır. Bəs, biz niyə bunu etmirik? İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar ki, geyindikləri paltarın hansı millidir, sonra danışsınlar” . 

NATO rəsmisindən bəyanat: “Rusiya ilə müharibəyə hazırıq”

“NATO Rusiya ilə potensial müharibəyə hazırdır”. Sozcu.az xəbər verir ki, bu sözləri NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Kiyevə səfəri zamanı “Army Inform” nəşrinə müsahibəsində deyib. “Biz hazırıqmı? Cavab: Bəli! Bu bizim qarşımıza qoyduğumuz əsas məqsəddir - hazır olmaq. Əgər bu gün baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalıyıq. Bu, həmişə bu günə hazırlıqlı olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin kombinasiyasıdır”, - deyə Bauer vurğulayıb. O qeyd edib ki, NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə hələ 2014-cü ildə Krımın işğalından sonra düşünməyə başlayıb. “Bu, çox vacib bir məqam idi ki, NATO-nun kollektiv təhlükəsizliyə qayıtmağın zəruri olduğunu anladıq. Bu, bizim əsas məqsədlərimizdən biridir. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə reaksiya verilməsi üzərində cəmləşmişdik”, - deyə rəsmi əlavə edib.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Hava düzəlmir

Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

TƏCİLİ: Tavuş BOŞALDILIR, ermənilər kəndlərdən çıxırlar, Ohanyan “SİLAHA SARILIN” dedi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək. Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Alen Simonyan və Sahibə Qafarova bu gün Cenevrədə görüşəcək. Sozcu.az xəbər verir ki, keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan da 4 kəndinin qaytarılmasına etiraz edənlər arasındadır. Təxribatçı şüarlarında bir qədər də irəli gedən Ohanyan ordunu Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb: “Ordu (kəndlərdən) çıxma əmrinə tabe olmaya bilər. Cinayət prosesində iştirakdan imtina hər bir insanın hüququdur. Sərhədi qorumaqdan imtina etməməliyik, sadəcə qanunsuz sifarişləri yerinə yetirməmək lazımdır”. “Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər”. Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. “Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, - deyə O.Sarkisyan bildirib./Musavat

Rüşvət alan gömrükçü azadlığa buraxıldı

Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi. Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib. Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Köçkünlərə “çörəkpulu” verilməsi hansı müddətədək davam edəcək? - RƏSMİ

İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb. Sozcu.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Eyni zamanda komitə onlara “çörəkpulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib: “Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin (“çörəkpulu”) verilməsi şamil edilmir”.

"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq

"Ən həyəcan doğuran amillər arasında okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsi göstərilir..." "Təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropa üçün iqlim dəyişikliyinin nəticələri fəlakətli olacaq..." Ötən il bütün qlobal iqlim rekordları keçilib, lakin 2024-cü il daha da ağır ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ümumdünya Metereoloji Təşkilatının baş katibi Selesta Saulo bəyan edib. Məlumatı "Reuters" beynəlxalq agentliyi yayıb. Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) illik hesabatında deyilir ki, planetdə orta temperatur 174 illik müşahidələr ərzində ən yüksək səviyyəyə çataraq sənayedənöncəki dövrü Selsi şkalası üzrə 1, 45 dərəcə üstələyib. Alimlər hərarətin 1, 5 dərəcə yüksəlməsini kritik hesab edir.  "Ümumdünya Meteoroloji Təşkilatı Birliyi bütün dünya üçün qırmızı həyəcan elan edir", - Selesta Saulo deyib. Ən həyəcan doğuran amillər arasında o, okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsini göstərib. ÜMT-nin məlumatına görə, hərarətin əhəmiyyətli yüksəlməsi dənizlərin 90 faizdən çoxunda qeydə alınıb.  Saulonun sözlərinə görə, okeanın istiləşməsi xüsusilə həyəcan doğurur, çünki bu, "demək olar ki, geriyədönməzdir" və, mümkündür ki, stabil soyuması üçün minilliklər tələb olunacaq. 2023-cü ildə BMT meteoroloqları qlobal istiləşməni iqlimin antropoloji dəyişikliyi və El-Ninyonun başlanması, yəni Sakit okeanın ekvatorial sularının hərarətinin yüksəlməsi ilə əlaqələndirib. ÜMT 2024-cü ildə isti havanın yeni rekordlarının olacağını bəyan edir, çünki El-Ninyodan bir il sonra adətən havanın daha da istiləşməsi müşahidə edilir. Xatırladaq ki, bu yaxınlarda Avropa Ətraf Mühit Agentliyi təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropanın iqlim dəyişikliyinin "fəlakətli" nəticələrindən əzab çəkə biləcəyi barədə xəbərdarlıq edib. Agentlik Avropada iqlimlə bağlı 36 təhlükəni sadalayıb, onlardan 21-i "təxirəsalınmaz tədbirlər tələb edir", 8-i "xüsusilə təxirəsalınmaz" adlandırılıb.

Beynəlxalq Cinayət Məhkəməsinin sədri Putini HƏDƏLƏDİ

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yeni sədri Tomoko Akane Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı "müharibə cinayətlərinə" görə cavab verəcəyinə inandığını bildirib. Sozcu.az xəbər verir ki, jurnalistlərin sualına cavab olaraq Akane Çin atalar sözündən sitat gətirib: "Cənnətin intiqamı yavaş, lakin doğrudur". O, Beynəlxalq Cinayət Məhkəməsinin problemlərinin olduğunu da etiraf edib. Akane xüsusilə qeyd edib ki, son iki il ərzində barəsində həbs qərarı çıxarılan şəxslər həbs olunmayıb. Yaponiya hakimi Tomoko Akane 2023-cü ilin martında Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etmək ittihamı ilə həbs qərarı imzalayan üç Beynəlxalq Məhkəmə hakimindən biri olub. 2024-cü ilin martında o, Beynəlxalq Cinayət Məhkəməsinin rəhbəri seçilib.

Putin məğlub olmalıdır, bu, demokratik dünya üçün ölüm-dirim məsələsidir - Zelenski

Rusiya Prezidenti Vladimir Putin məğlub olmalıdır, bu, demokratik dünya üçün ölüm-dirim məsələsidir. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. “Müxtəlif çağırışlar qarşısında dayanıqlı olmalıyıq, Putini məğlub etmək üçün ehtiyatlı olmalıyıq və Qərbin gücünə dair şübhələrin bu dəliyə kömək edəcəyi vəziyyətə düşməməliyik”, - Zelenski bildirib.

Əlində fişəng partladı, xəstəxanaya yerləşdirildi

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb. O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub. Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Balaca Nilayın sizin köməyinizə ehtiyacı var: “Hər gün üçün kimyaterapiya müalicəsi alır” - FOTO

Balaca Nilayın sizin köməyinizə ehtiyacı var. Sozcu.az xəbər verir ki, bu barədə oxu.az-a onun atası Həmid Həsənov məlumat verib. O bildirib ki, bir yaşlı körpə sinir xərçəngindən əziyyət çəkir. “Övladım 2022-ci il təvəllüdlü Nilay Həsənli yanvar ayında qızılcaya yoluxmuşdu. Həmin dövrdə paralel olaraq qan azlığı müşahidə edildi. Üç ay xəstəxanaları gəzdik, həkimlər uşağıma diaqnoz qoya bilmirdilər. Bir neçə dəfə Nilaya qan köçürülüb. Nəhayət, ilik və digər laborator analizlərdən sonra həkimlər qızıma sinir xərçəngi diaqnozunu qoyublar. Müalicəsi üçün böyük vəsait tələb olunur. Təəssüf ki, ailəmizin maddi imkanı bu vəsaiti qarşılamağa kifayət etmir. Nilay hazırda Bakıda özəl xəstəxanalardan birində müalicəsini davam etdirir. Hər gün üçün kimyaterapiya müalicəsi alır. Ondan əlavə övladımın xəstəxana xərclərinə gündəlik 1600 manat pul köçürürəm. Həkimlər deyirlər ki, əməliyyata hazırlıq prosesi kimi bir neçə aylıq dərman müalicəsi aparılmalıdır. Əgər Nilayın orqanizmi bu müalicələrə müsbət reaksiya versə, 95 faiz əməliyyat lazım olacaq. Əməliyyat üçün isə yarım milyon manatın lazım olacağı deyilib. Əməliyyatın Azərbaycanda, ya da Türkiyədə həyata keçirilməsinə uşağın vəziyyətinə uyğun qərar veriləcək. Hələlik Nilayın vəziyyəti onu başqa tibb müəssisəsinə, ölkəyə aparmağa imkan vermir. Allah heç kimi övladı ilə sınamasın. Ailəmiz, dostlarımız, hər kəs imkan daxilində öz dəstəyini verir. Çox xahiş edirəm ki, övladımı xilas etmək üçün mənə kömək olasınız. O hələ çox balacadır, gələcəyi, gözəl günləri qarşıdadır. Əllərimdən uçub getməsinə icazə verməyin. Nilayın müalicəsinə görə lazım olan vəsaiti toplamaq üçün xeyirxah insanların dəstəyinə ehtiyacım var”. Əlaqə nömrəsi: (050) 357-39-77. Kapital Bank: 5239 1517 6864 9173.

Azərbaycanda "TikTok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - Açıqlama

"TikTok"da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. "Ümumiyyətlə qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil. Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil. Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə TikTok arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə "TikTok" arasında yetərincə əlaqələr var. "TikTok" yeganə qlobal resurslardandır ki, Azərbaycan rəsmiləri və hətta qeyri-rəsmiləri ilə təmasları yetərincədir. Azərbaycana qarşı hesabatlıdırlar. Bizim təhlükəsizlik qurumlarının "TikTok"la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək o olar ki, lazım olanda bu qurumlar "TikTok"la bir başa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər. Yeri gəlmişkən, ümumiyyətlə qlobal resurslardan "istifadəçilərlə bağlı məlumatlar əldə etmək, nəyisə sildirmək" həmişə milli hökumətlər üçün problemli məsələ olub. Bu asan deyil, məhkəmə qərarları, əsaslandırılmış sorğular və s. olmalıdır. "TikTok"un öz qaydalarına zidd olan məlumatları sildirmək daha asan olur, nəinki ölkədaxi qanunlara zidd olan olanlar. Burada ikili standartlar həmişə var. Amma bir daha vurğulamaq istərdim ki, bildiyim qədər "TikTok"un yerləşdiyi Sinqapur güc strukturları ilə Azərbaycan arasında əlaqələr var və Azərbaycanın güc strukturlarından da tez-tez onlara sorğular alırlar. Təsəvvür edin ki, Azərbaycan güc strukturlarından "TikTok"a daxil olan bir sorğunu Sinqapur prokuroru bu ölkənin qərarları çərçivəsində həll etməlidir. Sadəcə, bu tip sorğuların icrası bütün milli hökumətlər üçün baş ağrısıdır. Sonuncu dəfə "TikTok" rəsmiləri ilə Azərbaycan hökuməti arasında , Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən "Google vergisi" olaraq adlandırılan verginin ödənilməsi üçün TikTok-un DVX-də qeydiyyatdan keçməsi məsələsi , Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub. Bildiyim qədər "TikTok" İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb", - deyə O.Gündüz qeyd edib.

Tovuzda yeniyetməni "tok" vuraraq öldürdü

Tovuzda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Belə ki kənd ərazisində yeniyetmə oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır

8 dərəcə şaxta, QAR, güclü külək - Sabahla bağlı XƏBƏRDARLIQ

Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Dəstək gücləndirilir – Rusiyaya qarşı “F-16” qırıcıları

“Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək”. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov öz Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, Almaniyadakı Amerika Ramşteyn aviabazasında keçirilən görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər. Bundan əlavə, o bildirib ki, “F-16” qırıcıları da Ukrayna səmasını “bağlamağa kömək etməlidir”. Nazirin sözlərinə görə, Kiyev bu təyyarələrin mümkün qədər tez Ukraynaya çatmasını təmin etmək üçün bütün tərəfdaşlarla – ABŞ, Danimarka, Belçika, Hollandiya, Rumıniya və digərləri ilə fəal işləyir.

Paşinyan 4 kəndi ən qısa zamanda təhvil vermək İSTƏYİR

Baş nazir Nikol Paşinyan çox güman ki, Tavuş vilayətindəki 4 kəndin Azərbaycana ən qısa zamanda verilməsi prosesini həyata keçirəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti hakim “Mülki müqavilə” partiyasının deputatlarına istinadən yazıb. “Onlar bunu Paşinyanın “dar çərçivədə” söylədiyi fikirlərdən başa düşüblər. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan yaxın vaxtlarda 4 kəndi Azərbaycana verəcəklərinə işarə edib”, - qəzet qeyd edib. Məlumatda bildirilib ki, Paşinyanın Tavuş rayonunun sakinlərilə son görüşdə “kəndləri verməsək, müharibə olacaq” təhdidi də ərazilərin qısa zamanda təhvil veriləcəyinə hesablanıb. “Hraparak” yazır ki, dünən səhər Tavuş rayonuna iki polis avtobusu göndərilib. Bunun önləyici tədbir olduğu qeyd edilib. Çünki bir gün əvvəl kəndlərin verilməsinə etiraz edən Tavuş rayonunun bir qrup sakini aksiya keçirəcəklərini və yolu bağlayacaqlarını bildirmişdilər. Nəşrin məlumatına görə, Paşinyan qorxu mühiti yaratmaq və itaətsizlərin cəzalandırılacağını açıq şəkildə bildirmək üçün daxili işlər naziri Vahe Qazaryanı da özü ilə birlikdə Tavuş sakinləri ilə görüşə aparmışdı. Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) dərhal mübahisəsiz azad edilməsini istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Tavuş rayonunda yerli sakinlərlə görüşdə sözügedən kəndlərin Azərbaycana təhvil veriləcəyinə işarə edib. O bildirib ki, Azərbaycanın tələb etdiyi 4 kənd Alma-Ata Bəyannaməsinə görə, de-yure Ermənistan ərazisində yerləşmir. Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı. Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı).

Ukrayna Rusiyanın 9 neftayırma zavodunu vurub

Ukraynanın Rusiya işğalına qarşı mübarizəsi yeni mərhələyə qədəm qoyub: Ukrayna istehsalı olan pilotsuz təyyarələr 2000 kilometrlik zolaq boyu əsasən sovet dövründə tikilmiş Rusiya neft obyektlərini sıradan çıxarmağa başlayıb.  Sozcu.az xəbər verir ki, "Bloomberg"in yazdığına görə, ilin əvvəlindən Rusiyada ən azı 9 iri neft emalı zavodu hücuma məruz qalıb. Bəzi hesablamalara görə, Rusiyanın ümumi neft emalı gücünün 11 faizi sıradan çıxıb. Nəşr qeyd edir ki, cəbhə xəttində münaqişə Moskvanın xeyrinə dəyişdiyindən pilotsuz təyyarələrdən istifadə Ukraynanın müdafiəsinin əsas elementinə çevrilir. Qəzet yazır ki, bu, Kiyevə Rusiya ərazisinin dərinliklərinə nüfuz etmək və Kremlin müharibə səyləri üçün mühüm əhəmiyyət kəsb edən sənayeyə zərbə vurmaq imkanı verir. Bu sənaye həm onun silahlı qüvvələrini yanacaqla təmin edir, həm də onun xəzinəsinə neft dolları axınını təmin edir. "Rusiya ordusu olan bir yanacaqdoldurma məntəqəsidir və biz o yanacaqdoldurma məntəqəsini məhv etmək niyyətindəyik. Biz bunun ən böyük təsirə malik olacağı yerə, yəni maliyyə resurslarına diqqət yetirəcəyik", - deyə "Terminal Autonomy" pilotsuz təyyarə istehsalı müəssisəsinin həmtəsisçisi və baş direktoru Fransisko Serra-Martins bildirib. Xatırlanır ki, ay yarım əvvəl Ukrayna Pilotsuz Sistemlər Qüvvələrini - pilotsuz uçuş aparatları üzrə ixtisaslaşan bölməni yaradıb. Bu vaxta qədər Ukrayna Silahlı Qüvvələri bu texnologiyadan böyük uğurla istifadə edərək Rusiyanın Qara Dəniz Donanmasının bir neçə gəmisini məhv etmişdi. Məqalədə vurğulanır ki, bu gün əsasən simvolik cəhd kimi başlayan cəhd strateji hədəfə zərər vurmaq üçün birgə kampaniyaya çevrilib. "Bloomberg"ə müsahibə verən dron istehsalçılarına görə, bu uğur heç də asan olmayıb. Eyni zamanda hücumların gurultusu Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında benzin və dizel yanacağının qiymətinin artmasına səbəb olub. Rusiya daxilində yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti demək olar ki, dəyişməz qalsa da, topdansatış qiymətlərində ciddi bahalaşma başlayıb. 

Bu hospital jurnalistin anasını öldürdü, araşdırma başladı

Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, B.Qasımova jurnalist Fərahim Qasımovun anasıdır.

Azərbaycanda 2 ailə qəzaya düşdü: 3 ölü, 4 yaralı

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada Niva" markalı avtomobillə "Hunday Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Lada Niva"da olan Zərifə İbrahim qızı Əliyeva, Məhəmməd Mehdixan oğlu Əhmədov və Mütəllim Xanış oğlu Əliyev ölüb. Pərvin Məhəmməd oğlu Əhmədov isə ağır bədən xəsarətləri alıb. "Hunday Santafe"də olan 3 sərnişin - Qüdrət Mehdi oğlu Mahmudov, Qəşəm Əbülfəz oğlu Mahmudov və Seyfəli Mehdi oğlu Mahmudov ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.

7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilova hökm oxunub. Sozcu.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son söz deyib. Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır - Silahlanma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Əskipara kəndində məskunlaşan ermənilərlə görüşündə Azərbaycana məxsus olan kəndlərin qaytarılacağını deyib və bu ssenariyə hazırlaşmaq tapşırığı verib. Kənddə məskunlaşan ermənilər isə bununla razılaşmır, onlar hətta döyüşəcəklərini bildirirlər. Ermənistan mediası ermənilərin Paşinyanla görüşdən sonra silahlanmağa başladığını yazır. Kənddə yaşayan ermənilər silaha sarılacaqlarını bildirirlər. “Buradan çıxmayacağıq, ya öləcəyik, ya yaşayacağıq. Kənddə hər kəs belə düşünür. Sona qədər döyüşəcəyik”, - ermənilər bildirib. “Pastinfo” yazır ki, erməni əhalisi Paşinyanla görüşdən narazı qalıb. “Orada məskunlaşan ermənilərin əksəriyyəti görüşə gəlməyiblər, çünki nə deyiləcəyini bilirdilər. Kənddə əhval-ruhiyyə yoxdur, getmək istəmirlər, silahlanaraq, döyüşəcəklərini, çıxmayacaqlarını deyirlər”, - sayt yazır.//Publika.az

“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”

“Min illərdir biz Novruza bahar, yaz bayramı demişik, yazın gəlişini qeyd etmişik. Klassiklərimiz baharın gəlişinə gözəl şeirlər yazıb, təbiətin oyanışını vəsf ediblər. Amma azərbaycanlılar üçün milli atribut sayılan papağı aparıb onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər. Bu ənənəni bizə kim gətirib?!”  Bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Novruz adətlərindən danışan sənətçi deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb.  Onun sözlərinə görə, türk kişisi üçün papaq həmişə qeyrət rəmzi sayılıb: “Türk kişisinin 3 meyarı olub: arvadı (halalı), papağı və atı. Hər kəsə məlumdur ki, o vaxt bir kişini el içində rüsvay etmək üçün onun atının quyğunu, yalını kəsərdilər. Bu, ən böyük təhir sayılardı. Bu gün atımız yoxdur, evlənib 3 aydan sonra boşanırıq, kəbinimiz yoxdur, arvadı 1 uşaqla atırıq küçəyə, papağımızı da aparıb atırıq kiminsə qapısına.  Qapıya papaq atmaq faktiki olaraq dilənməkdir. Biz tərəflərdə o vaxt qurşaq atardılar. Siz papağınızı atmaq istəyirsinizsə, atın, istəyirsinizsə, lap tuman-köynəyinizi də çıxarıb qapılara atın, amma bunu adət-ənənə adı altında millətə sırımayın! Bizdə bu cür adət olmayıb. Bu nə ənənədir, bu nə iyrənc şeydir?!  Bunu haradan götürüblər? Keçəl, kosa nədir?”  Şeyx Əbdül  bayramın rəmzləri olan, Novruz şənliklərində yer alan Kosa ilə Keçəlin pay yığmasını dilənçilik adlandırıb: “Bu bayram təbiətin oyanışı ilə bağlıdır, təqvim yenilənir. Bu Allahın insanlara verdiyi lütfdür, insanları qışın soyuğundan, əzabından qurtarır, səxavətini göstərib yenidən təbiəti oyadır, ruzimiz-bərəkətimiz artır, enerjimiz çoxalır. Biz yeganə millətik ki, “S” xərfi ilə başlayan 7 neməti bayram süfrəsinə düzürük, bu başqa xalqlarda yoxdur. Biz isə israfçılıq edirik, qədir-qiymət bilmirik, dəyərlərimizi, tariximizi qorumuruq. Biz bütün bunları bir kənara atmışıq, qorumuruq.  Çıxıb efirlərdə də deyirlər ki, uzun illər əvvəl də papaq atmışıq. Bir daha qeyd edirəm, belə şey olmayıb! Sizin dədəniz papağını atıbsa, Allah işini avand eləsin, lakin mənim babam, dədəm öz papağını qapılara atmayıb! Xahiş edirəm, bunu ümumiləşdirməyək.  Keçəl-kosa düşüb ortaya oynayır, deyir “çömçəni doldursana” və dilənçilik edir. Rusun şaxta babası isə xəz geyimdə qapılara gedib hədiyyə paylayır. Bizi bu ruhda tərbiyə edirlər. Bu persaonajlar gözəldir, amma onları bir qədər dəyişmək, bahar bayramı ilə uyğunlaşdırmaq lazımdır, dilənçiliklə yox. Bizdə nə gözəl şey varsa, ona qara yaxırıq, gözdən salırıq, ədrabadi hala salıb dilənçi, ələbaxan edirik. Sonra da həmin personajları televiziyaya, küçələrə çıxarıb təbliğ edirik.  Bu cür eybəcər təbliğatın nəticəsi də bu gün göz önündədir...” 

“Beşiktaş” Qurban Qurbanovu istəyir

“Beşiktaş”ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır.  Sozcu.az xəbər verir ki, İstanbul təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bu barədə məlumatı “Fotospor” saytı yayıb. Bildirilib ki, uğursuz olan F.Santoşun yerinə ən real namizəd Qurban Qurbanov göstərilir. İstanbul klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın “Bayer”ə (Leverkuzen) qarşı keçirdiyi oyunu canlı izlədikdən sonra rəhbərliyə Qurban Qurbanov haqqında müsbət fikirlər bildirib. S.Aybaba həmçinin Azərbaycan təmsilçisinin oyunçuları Abdullah Zubir və Olavio Juninyonu da bəyənib.