Həm Dmitri Qordon, həm də Mark Feyqin əmindirlər ki, Putinin internetdə iddia edildiyi kimi çox deyil, cəmi bir dublyoru var...
Təcavüzkar ölkənin başçısı Putinin oxşarı var, amma o, ictimai tədbirlərdə diktatoru əvəz etmir.
Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi və bloqçu Mark Feyqin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində ifadə edib.
“Razıyam ki, operativ qeyri-ictimai dublyorlar var. Onlar Putinin yanındadırlar, onun üçün tez bir növ təhlükəsiz məkan yaratmaq üçün lazımdırlar. Çünki birinə qarşı sui-qəsd cəhdi ola bilər, bu halda digəri qalacaq. Hər şeyi qarışdırmaq üçün: oxşarlar olanda kimi öldürmək seçimi yaranır. Onlar (Putinin ətrafı – red.) paranoya şəklində təhlükə hiss edirlər”, – Feyqin deyir.
Hüquq müdafiəçisi hesab edir ki, Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün dublyorlara ehtiyacı yoxdur, çünki bu, çox təhlükəlidir.
"Çünki Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də bir mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqasın təmsil etmək üçün səsin tembrindən tutmuş gözlərin forması və s. qədər minlərlə parametr mövcuddur. Əlbəttə ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrar etmək mümkündür. Amma düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Bu hələ də mümkün olsaydı, biz bu barədə sonradan, hər şey bitəndən sonra biləcəyik. Məsələn, Mariupolda Putinin əvəzinə çıxış edənin dublyor olması təsdiqlənərsə, mən çox təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar göstərir ki, dublyorlar var, lakin bunlar operativ dublyorlardır və Putini açıq şəkildə əvəz etmir.
Öz növbəsində Dmitri Qordon qeyd edib ki, onun məlumatına görə, Putinin faktiki ailəsi ilə (yəni onun məşuqəsi Alina Kabaeva və onların övladları ilə) yanaşı, diktatorun oxşarı da Valdayda yaşayır.
"Yeganə dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adamdır. O, əslində Putinin yanında yaşayır, onu müşahidə edır, onunla ünsiyyət qurur, bəzi vərdişləri götürür. Onları ayırd etmək demək olar ki, mümkün deyil. Deyirlər ki, yalnız böyük oğlu İvan əsil Putini fərqləndirir”, - deyə Qordon diqqətə çatdırıb.