İranın şimalında, Şərqi Azərbaycan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Tufarqan (Azərşəhr) şəhərindən 36 km cənub-qərbdə qeydə alınıb.