AB Rusiyaya görə Şamxaninin oğlunu cəzalandırdı

Avropa Birliyi Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində İran rəhbəri Əli Xameneinin ali müşaviri Əli Şamxaninin oğlu və neft taciri olan Hüseyn Şamxani və onun bir neçə şirkətinə sanksiya tətbiq edib.

Sozcu.az xəbər verir ki, bu barədə "Blumber" məlumat yayıb.

Bildirib ki, Hüseyn Şamxani Rusiyanın neft ticarətində əsas fiqurdur. Sanksiyalardan yan keçən və Rusiya neftini üçüncü ölkələrə, xüsusən də Hindistan və Çinə ixrac edilən neft daşıyıcıları şəbəkəsi donanmasının əsas idarəçilərindəndir.

AB həmçinin, Dubayda yerləşən “Admiral Group “və “Milavus “da daxil olmaqla Şamxani ilə əlaqəli şirkətlərə sanksiya tətbiq edib.

Share on Facebook