Moskvaya hücum: Rusiya paytaxtının hava limanları bağlandı

Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib.

Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib.

Hazırda məhdudiyyət aradan qaldırılıb və aviaşirkətlər və hava limanları müntəzəm uçuş cədvəlinə qayıtmaq üçün gücləndirilmiş iş rejimində işləyirlər.

Qeyd edək ki, Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu haqda məlumat yayıb.

Share on Facebook