Müsavat rəhbərliyi Avropaya getdi: Mühüm tədbir var

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və MSDM- in rəhbəri İsa Qəmbər Varşava və Brüsseldə keçiriləcək Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Avropaya səfər ediblər  Sozcu.az- ın xəbərinə görə, bu səfər haqqında məlumatı Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı özünün Feysbuk səhifəsində paylaşıb. 

Rəsmi Brüssel: İsrailə qarşı sanksiyaların vaxtıdır

Belçika baş nazirinin müavini hökuməti Qəzzada mülki hədəflərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Reuters məlumat yayıb. Baş nazirin müavini Petra De Sutter deyib: "İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı qeyri-insani hərəkətdir. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır". De Sutter deyib ki, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün bağlanmış assosiasiya sazişini dərhal dayandırmalıdır. De Sutter həmçinin İsrailə qarşı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən məhsulların idxalına qadağa qoyulmasıdır. İkincisi, silahlıların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

“Hərbiçilərin xeyli hissəsi kreditə girib” – Maaş artımı nəyi dəyişəcək?

2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb. Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb. Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir. Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Turan-a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır". Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub". Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin". Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil. Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər". Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar". Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq". Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 8,28 km dərinliyində meydana gəlib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

ABŞ onu Azərbaycana səfir təyin etdi

Mark Libbi ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin olunub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Senatının Mətbuat Xidmətinin X hesabında məlumat yayılıb. Bildirilib ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib. Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Co Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb. Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

İlham Əliyev özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Rusiyanın itkiləri 309 minə yaxınlaşır

Ukrayna müharibənin 624-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 308 720 hərbçi, 5316 ədəd tank, 10014 ədəd zirehli döyüş maşını, 7475 ədəd artilleriya sistemi, 875 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 577 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9853 ədəd avtomobil texnikası, 5593 ədəd PUA, 1557 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1059 xüsusi avadanlıq itirib.

Qəlbdə həqiqətə şübhə doğuran kimdir?

Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə siğortalanmamışdır: "(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər" (Həcc surəsi, ayə: 52). Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur. İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu.)milli.az)

HAMAS Qəzza zolağının şimalına nəzarəti itirib

Fələstinin HAMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib. "Bu gün biz Qəzza şəhərinin 50 min sakininin ərazinin şimalından cənubuna köçdüyünün şahidi olduq. Onlar başa düşürlər ki, HAMAS şimala nəzarəti itirib, cənubda isə daha təhlükəsiz zona var", - deyə o bildirib.

İstanbulun körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə İstanbulun rəmzləri hesab edilən körpüləri Dövlət Bayrağımızın rəngləri ilə işıqlandırılır. Sozcu.az xəbər verir ki, noyabrın 8-i və 9-da baş tutan təşəbbüs zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunacaq. İşıqlandırılma Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

İsveçin Ermənistandakı səfiri Azərbaycan sərhədinə gəldi - Foto

İsveçin Ermənistandakı səfiri Patrik Svenson Zəngəzur (Sünik) bölgəsinə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bölgədə bir sıra görüşlər keçirən səfir həmçinin, Azərbaycanla sərhəddə AB missiyasının patrul xidmətini müşahidə edib. O, İranla sərhəddə yerləşən Mehri keçid məntəqəsinə də baş çəkib.

Girovlarımızı azad etmədən atəşkəs olmayacaq - Netanyahu

Girovlarımızı azad etmədən atəşkəs olmayacaq. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Netanyahu ölkəsinin anklavda saxlanılan girovlar azad edilmədən Qəzza zolağında hər hansı atəşkəsə razı olmayacağını təsdiqləyib. Qeyd edək ki, bir gün əvvəl televiziya ilə xalqa müraciətində Netanyahu vurğulamışdı ki, İsrail bu mövqeyini həm düşmənlərinə, həm də dostlarına çatdırır.

HƏMAS Fələstin xalqını təmsil etmir - Blinken

HƏMAS Fələstin xalqının maraqlarını təmsil etmir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “HƏMAS Fələstin xalqı deyil, onlar Fələstin xalqını və onların arzularını təmsil etmir", - Blinken vurğulayıb. Blinken qeyd edib ki, bölgədə davamlı sülh və təhlükəsizliyə yalnız daha yaxşı və güclü ideologiyanın yaradılması ilə nail olmaq olar.

ABŞ Ukraynanın uğuruna şübhə etmir - Kirbi

ABŞ hərbi əməliyyatlar zamanı Ukraynanın müəyyən uğurlarına şübhə etmir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Düşünürəm ki, onlar (ukraynalılar – red.) bu münaqişənin əvvəlindən lazımi səviyyədə qiymətləndirilməyiblər. Onların uğur qazanmağa davam edəcəklərinə heç bir şübhəmiz yoxdur”, - Kirbi bildirib.

Azərbaycanda daha bir zəlzələ hiss edildi

Yerli vaxtla saat 11:09-da İran ərazisində maqnitudası 4.7 olan zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib. "Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, qazilərə şəfa diləyirik. Zəfər Günün mübarək olsun, Azərbaycan!".

"Rusiya qüvvələrinin vəziyyəti tədricən pisləşir, onlar getdikcə öz zəifliyini nümayiş etdirir" - İqor Girkin

"Qərbin Ukraynaya əlavə hərbi yardımı və Rusiyada səfərbərliyin olmaması Ukraynaya 2024-cü ildə uğurlu hücum əməliyyatları aparmağa imkan verəcək..." "Ukrayna "F-16"qırıcılarını əldə edən kimi cəbhənin istənilən sahəsində lokal üstünlük əldə edəcək..." Həbsdə olan Girkin Rusiya-Ukrayna cəbhəsində vəziyyət və yaxın aylar üçün proqnozla bağlı həbsxanadan məktub göndərib. Sozcu.az xəbər verir ki, Girkinin ideyalarını Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri təhlil edib. Məlumatı "tsn.ua" nəşri yayıb. FTX-nın sabiq əməkdaşı, Donbasda rusiyayönümlü yaraqlılarının həbsxanaya salınmış başçısı İqor Girkin öz ölkəsinin ordusunun fəaliyyətini səciyyələndirib. O, Rusiyanın Ukraynada hücum əməliyyatları keçirməsi üçün göstərdiyi səylərini də diqqətdən kənarda saxlamayıb. Bu günlər "rus baharı"nın sabiq ilhamçısının həyat yoldaşı Miroslava Reqinskaya onun 26 oktyabr tarixli məktubunu dərc edib. Məktubda o, ay ərzində cəbhədəki vəziyyəti dəyərləndirib. Öz məktubunda bu "hərbi ekspert" bəyan edib ki, Rusiya qüvvələrinin vəziyyəti tədricən pisləşir, onlar Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il yay və payız əkshücumunun "uğurla qarşısını almasına" rəğmən, getdikcə özünün artan zəifliyini nümayiş etdirir. Girkin qeyd edib ki, Rusiya qoşunları nəinki payız mövsümünün əvvəlində geniş hücum əməliyyatlarına başlaya bilməyib, hətta Kupyansk, Liman və Avdeyevka rayonunda "operativ əhəmiyyətli məqsədlərə nail olmaq üçün" məhdud hücumlarını da başa çatdıra bilməyib. O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Kupyansk istiqamətində irəliləyə bilməməsi və hazırda şəhərə aparan uzaq yollarda döyüşlərdə ilişib qalması, üstəlik, Rusiya ordusunun Liman istiqamətində də vəziyyəti dəyişə bilməməsindən gileylənib. Onun fikrincə, rusiyalıların Avdeyevka rayonunda taktiki hücumları canlı qüvvə sarıdan xeyli itkilərə gətirib çıxarıb, Putin ordusunun cəbhənin çox dar sahəsində ciddi hazırlaşması, zərbə qüvvələrinin yaxşı koordinasiyası, hücumun ilkin mərhələsi üçün vasitələrin mövcudluğu və Baxmuta hücum zamanlarından bəri döyüş sursatlarının kifayət qədər olmasına rəğmən, "üstünlük qazanmaq" qabiliyyətinin olmamasını nümayiş etdirib. Girkin güman edib ki, Rusiyanın Ukraynanın lokal hücumlarının qarşısını almaq üzrə səyləri və eyni zamanda payız-qış hücum əməliyyatları, böyük ehtimalla, 2024-cü ilin yazınadək özünün hücum və müdafiə potensialını zəiflədəcək. Ona görə də payız-qış kampaniyasının qalan hissəsini müdafiədə keçirməli olacaq ki, "operativ böhranları aradan qaldırmaq" mümkün olsun, bunlardan birinin Girkin Ukraynanın Xerson vilayətinin sol sahilində mövcud olmasını qeyd edib. Girkin əmin edib ki, hətta Ukrayna Müdafiə Qüvvələri "Rusiyanın ön cəbhədəki bölmələrini şıxışdırıb çıxara bilməyəcəyi və payız-qış  mövsümündə irəliləyişə nail olmayacağı və tükənəcəyi təqdirdə" Rusiya SQ əvvəlkitək hər-hansı geniş hücum əməliyyatlarını aparmaq iqtidarında olmayacaq. O, əlavə edib ki, Qərbin Ukraynaya əlavə hərbi yardımı və Rusiyada səfərbərliyin olmaması səbəbindən, mümkündür ki, USQ-yə 2024-cü ildə uğurlu hücum əməliyyatlarını aparmağa imkan verəcək.  Onun sözlərinə görə, Ukrayna qüvvələri Qərb texnikasından Rusiyanın arxa cəbhəsinə hücum etmək üçün istifadə etməkdə davam edir və Rusiya SQ-nin Avdeyevkada hücumu fonunda işğal edilmiş Berdyanskın hava limanındakı bazasını məhv etməyə müvəffəq olub. Girkin əmin edib ki, Ukrayna qoşunları qışda Rusiyanın arxa cəbhəsini viran qoymaqda dava  edəcək, çünki Kreml məhdud hücum əməliyyatlarına təkid edir. Ukrayna "F-16" qırıcıları əldə edən kimi isə o, cəbhənin istənilən sahəsində lokal üstünlük əldə edəcək. Sabiq zabit qeyd edib ki, hazırkı mərhələdə Rusiyada səfərbərliyin olmaması səbəbindən Ukrayna canlı qüvvədə Rusiya qoşunları üzərində üstünlüyə malikdir. O, etiraf edib ki, Kreml 2024-cü ilin yazınadək qarşıdakı prezident seçkiləri ilə bağlı səfərbərlik etmək istəməzdi. Həm də Rusiya MN çətin ki, "yüz minlərlə" müqavilə ilə xidmət edən hərbi qulluqçuları əldə etsin, çünki ölkənin könüllü "səfərbər edilmə" potensialı tükənib. "Girkinin Rusiyanın hücum əməliyyatlarının onların gələcək əməliyyatları perspektivinə zərər vuracağı barədə gümanları maraqlıdır, çünki rusiyalılara əvvəlkitək Ukraynanın hücumlarını dəf etməyə, eyni zamanda öz hücumlarına başlamağa cəhd göstərmək lazım gəlir. Avdeyevka ətrafında Rusiyanın hazırkı hücumu üçün seçilən vaxtı həmçinin bir qədər qəribə görünür və sərfəli deyil, çünki yağışlı hava və palçıq gözlənildiyi kimi əlavə maneələr yaradıb.  Lakin payız və qış hava şətaiti çətin ki, Rusiya və Ukraynanın bundan sonra da hücumuna maneçilik törətsin", - ISW həbsdə olan icmalçının fikirlərini  belə dəyərləndirib.

İşğalçı Rusiya 6 istiqamətdə uğursuz hücum etdi...- Ukrayna hücumu davam etdirir...

Rusiyanın Ukraynada genişmiqyaslı silahlı təcavüzünün 623-cü günü başlayıb. Ukraynada son 24 saat ərzində cəbhədə 45 hərbi toqquşma baş verib. Düşmən ümumilikdə 6 raket və 50 hava zərbəsi endirib, qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 64 zərbə vurub. Rusiya terror aktları nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 8-i səhər hesabatında deyilir. Severski və Slobojanski istiqamətlərində düşmən sərhədyanı ərazilərdə hərbi mövcudluğu saxlayır, qoşunlarımızın onlar üçün təhdid istiqamətlərinə atılmasının qarşısını almaq üçün aktiv təxribat işləri aparır, Belqorod bölgəsi ilə dövlət sərhədində mina partlayıcı maneələrin sıxlığını artırır.  Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka, İvanovka, Berestovo yaşayış məntəqələri ərazilərində uğursuz hücum əməliyyatları keçirib, müdafiəçilərimiz düşmənin 6 hücumunu dəf ediblər. Limansk istiqamətində düşmən Serebryanski meşə təsərrüfatı sahəsində uğursuz hücum əməliyyatları keçirib. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Donetsk vilayətində Boqdanovka, Andreyevka və Kleşiyevka yaxınlığında işğalçıların 6 hücumunu dəf ediblər. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda düşmənə canlı qüvvə və texnikada itkilər verərək, əldə olunan xətlərdə mövqelərini möhkəmləndirərək hücum əməliyyatlarını davam etdirir. Avdeyevka istiqamətində düşmən Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir. Əsgərlərimiz müdafiəni mətanətlə saxlayır və düşmənə xeyli itki verirlər. Belə ki, Müdafiə Qüvvələri Donetsk vilayətinin Stepnoye, Avdeyevka, Tonenkoye və Pervomaysk yaxınlığında düşmənin 14 hücumunu dəf edib. Maryinsk istiqamətində düşmən Donetsk vilayətinin Maryinka bölgəsində uğursuz hücum əməliyyatları keçirib, burada müdafiəçilərimiz 17 hücumu dəf ediblər. Şaxtyorsk istiqamətində düşmən Donetsk vilayətinin Staromayorsk rayonunda hücum əməliyyatları həyata keçirib, lakin müvəffəq olmayıb. Zaporojye istiqamətində düşmən hücum  əməliyyatları keçirməyib. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, işğalçı qüvvələrə canlı qüvvə və texnikada itkilər verir, düşməni bütün cəbhə xətti boyu tükəndirir. Xerson istiqamətində ukraynalı əsgərlər düşmənin arxa cəbhəsini şiddətli məğlubiyyətə uğratmaqla əks-batareya döyüşü aparırlar. Son 24 saat ərzində Müdafiə Qüvvələrinin aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinə isə 4 zərbə endirib. Raket qüvvələrinin bölmələri düşmənin 7 artilleriya silahını, iki idarəetmə məntəqəsini, yanacaq-sürtkü materialları eşelonunu, şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazini, hava hücumundan müdafiə sistemini, iki radiolokasiya stansiyasını və düşmənin elektron mübarizə sistemini məhv edib.

ÇAXAL Əbu Zinanı məhv etdi

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın əsas silah istehsalçısı Möhsün Əbu Zinanı hava zərbəsi nəticəsində məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "İsaril ordusu və "Şin Bet" HƏMAS-ın yüksək səviyyəli silah istehsalçısını məhv edib. Kəşfiyyat məlumatlarından sonra ordunun döyüş təyyarəsi HƏMAS-ın silah və sənaye şöbəsinin rəhbəri Möhsün Əbu Zinanı iş yerində öldürüb",- məlumatda deyilir. Qeyd olunur ki, Əbu Zina HƏMAS silahlarının aparıcı istehsalçılarından biri və terrorçuların istifadə etdiyi strateji silahların və raketlərin hazırlanması üzrə ekspert olub.

Bu gün Şuşa Şəhəri Günüdür

Azərbaycanda 8 Noyabr - Şuşa Şəhəri Günüdür. Sozcu.az xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq: 26 avqust - Laçın Şəhəri Günü; 4 oktyabr - Cəbrayıl Şəhəri Günü; 17 oktyabr - Füzuli Şəhəri Günü; 20 oktyabr - Zəngilan Şəhəri Günü; 25 oktyabr - Qubadlı Şəhəri Günü; 8 noyabr - Şuşa Şəhəri Günü; 20 noyabr - Ağdam Şəhəri Günü; 25 noyabr - Kəlbəcər Şəhəri Günü.

İlham Əliyevdən Zəfər Günü PAYLAŞIMI

Azərbaycan Prezidenti İlham Əliyev X hesabında 8 Noyabr Zəfər günü ilə bağlı paylaşım edib. Sozcu.az paylaşımı təqdim edir.

Baxmutda rus ordusuna ağır zərbə: 11 texnika, 2 səngər...

Baxmut istiqamətində ukraynalı müdafiəçilər PUA-lardan istifadə edərək Rusiya hərbçilərinə ağır zərbə endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb. PUA zərbələri nəticəsində rusların 11 texnikası və 2 səngəri məhv edilib.

HƏMAS rəhbəri Ərdoğanla görüşmək üçün Türkiyəyə getdi

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Rəcəb Təyyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edib. Sozcu.az xəbər verir ki, Fələstin rəsmiləri HƏMAS liderlərinin çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə getdiyini bildiriblər. Məlumatlı mənbələrin sözlərinə görə, görüş İsmayıl Haniyənin İrana son səfəri ilə bağlıdır və o, Qəzzada müharibənin siyasi və təhlükəsizlik nəticələrini müzakirə edib. Haniyə Ərdoğanla sonuncu dəfə iki həftə öncə danışıb və o vaxtdan İranın yüksək səviyyəli rəsmiləri ilə görüşləri davam etdirib.

Netanyahu fələstinlilərə: "İsrail ordusu dayanmayacaq, dərhal cənuba gedin"

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın mərkəzindəki fələstinlilərə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, Netanyahu fələstinlilərə cənuba getməyi tövsiyyə edib. “İsrail ordusu dayanmayacaq, dərhal cənuba gedin”, – deyə Netanyahu bildirib.