Azərbaycanda hava kəskin pisləşdi: Bu rayonlarda yağış başladı

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Xidmətdən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 millimetrədək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb. 

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.

Share on Facebook