“Bayraqdar TB3” ilk dəfə nümayiş olunacaq

Türkiyənin “Baykar” şirkətinin yeni istehsalı olan “Bayraqdar TB3” PUA-sı 27 aprel-1 may tarixlərində İstanbulun Atatürk hava limanında keçiriləcək Texnofest-2023 sərgisində ilk dəfə nümayiş olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Şirkət “Bayraqdar TB3”ün bu il uçuş testlərinə başlayacağını da bildirib.

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

10:56 Qəhrəmanmaraşda səhər saatlarında ard-arda 4,3 və 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Zəlzələlər yerli saatla 08:45 radələrində yerin 6,94 və 12,2 km dərinliyində meydana gəlib. Bundan başqa Antakyada da 3,9 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntı qeydə alınmayıb. *** Qəhrəmanmaraşın Göksun rayonunda 5,3 bal gücündə zəlzələ olub. Məlumatı AFAD yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.

Türkiyədə silahlı insident zamanı iki nəfər ölüb, 1-i yaralanıb

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub. Sozcu.az xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb. İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib. Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçdi

Türkiyədə fevralın 6-da Qəhrəmanmaraşda baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 50 min 95 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində 107 min 204 nəfər isə yaralanıb.

Kahramanmaraşda zəlzələ olub

Türkiyədə yerli saatla 04:41-də zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,1 böyüklüyündə qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Ankarada TDT Nazirləri Şurasının iclası başladı

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Sozcu.az xəbər verir ki, toplantını Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib. O, zəlzələ ilə əlaqədər ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Qəhrəmanmaraşda yenə zəlzələ baş verdi

Türkiyənin Qəhramanmaraş vilayətinin Nurhak rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7,72 kilometr dərinliyində qeydə alınıb. Qeyd edək ki, ötən gün Qəhrəmanmaraşda 4,7 və 4,9 bal gücündə zəlzələ baş vermişdi.

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Çağlayancerit ilçəsində 4,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 5,34 km dərinliyində qeydə alınıb. Əlavə məlumat verilmir

Kahramanmaraşda 4,8 maqnitudalı zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb. Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.

Türkiyədə ard-arda iki zəlzələ baş verdi

Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda ardıcıl 4,7 və 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerli saatla 04:34-də baş verən zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində, saat 05:13-də baş verən ikinci zəlzələnin ocağı isə yerin 8 kilometr dərinliyində yerləşib.

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 7,7 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 7 km dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.