Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycandakı Türkiyə səfirliyi prezident seçkilərinin ikinci turu ilə bağlı vətəndaşlara müraciət edib.

Sozcu.az xəbər verir ki, müraciət səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

"İkinci tur üzrə səsvermə proseduru səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında gerçəkləşdiriləcək. Bütün vətəndaşlarımıza sayğı ilə elan olunur", - deyə qeyd olunub.

Xatırladaq ki, ilk tur prezident seçkiləri və parlament seçkiləri üçün Bakıdakı səvermə 5-7 may tarixlərində baş tutmuşdu.

Share on Facebook