Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəni “Altılı masa”ya dəvət edib.
Sozcu.az xəbər verir ki, bu barədə CHP lideri Tvitterdə bildirib.
“Mənim çağırışım hələ də qüvvədədir. Artıq keçmişdə baş vermiş inciklikləri bir kənara qoyaq. Lütfən buyurub gəlsin”, – Kılıçdaroğlu qeyd edib.