Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Bingöl vilayətində 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfatlar haqda məlumat verilməyib.

Türkiyəyə daha 138 milyon yardım ayrılır

UNICEF-in Türkiyə nümayəndəsi Regina De Dominikis Türkiyə nümayəndəliyinin əlavə olaraq 138 milyon dollar yardım üçün müraciət etdiyini bildirib. Sozcu.az xəbər verir ki, bölgədəki uşaqlara və ailələrə zəlzələdən sonra sağalmaq və həyatlarını bərpa etmək üçün təcili yardım edilməsinin vacib olduğunu qeyd edən Dominikis bu qrupa aid insanlara diqqət göstərməyin vacib olduğunu deyib. Qeyd edilib ki, Türkiyədə zəlzələlərdən təxminən 4 milyon nəfər məktəb yaşlı uşaq zərər çəkib.

CHP-nin binasına silahlı hücum edildi

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayət təşkilatının binasına silahlı hücum edilib.  Sozcu.az xəbər verir ki, bu barədə tviter səhifəsində CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu məlumat verib.  O bildirib ki, binaya doğru 6-7 dəfə atəş açılıb. Güllələr tapılmasa da, boş gilizlər aşkarlanıb.  "Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir. Yeni məlumatlar paylaşılacaq", - deyə CHP təmsilçisi qeyd edib.  Xatırladaq ki, bundan əvvəl İYİ Partiyanın İstanbul təşkilatının binasına silahlı hücum olmuşdu. 

Çanaqqalada avtobus aşdı: 17 yaralı

Türkiyədə Çanaqqala vilayətinin Biga rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 17 nəfər yaralanıb. Yaralılar Biga Dövlət Xəstəxanasına aparılıb.

Türkiyə ordusu 3 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Sülh çeşməsi” əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.

Hamınız türk bayraqlarısınız - Alparslan Türkeş

4 aprel türk dünyasının müdrik lideri, türk milliyətçiliyinin və Milliyətçi Hərəkat Partiyasının qurucusu, başbuğ Alparslan Türkeşin anım günüdür. Sozcu.az onun haqqında bir sıra məlumatları təqdim edir: Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Əli Arslan olaraq dünyaya gəlmişdir. Ailəsinin sürgünə göndərildiyi Lefkoşada dünyaya göz açmışdır. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşada almışdır. Türklük və türkçülük şüuru ilə bilənmiş müəllimi Osman Zəki bəy elə o dövrlərdə “Adın Alparslan olsun” deyərək Əli Arslanın adını dəyişir və onun Sultan Alparslana bərabər igid türk olmasını arzulayır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Rəfik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin iki evlilikdən yeddi uşağı olmuşdur. 1944-cü ildə baş leytenant Türkeş Nihal Adsız və Nejdət Səncərlə birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır. 1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur. 1963–1980-ci illər arasında dörd çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verib. Onun Azərbaycan milli azadlıq hərəkatının lideri və daha sonra prezident olan Əbülfəz Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənc 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşda qəhrəmanlıqlar göstəriblər. “Hamınız türk bayraqlarısınız. Bayrağı ləkələməyin, çirkləndirməyin, yerə atmayın” deyən Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat etmişdir.kult

Türkiyənin bu vilayətləri də zəlzələ bölgəsi elan edildi

Türkiyənin daha 6 vilayəti zəlzələ bölgəsi elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğdə və Batmanda baş verən zəlzələlərdə zərər çəkmiş binaların yerləşdiyi yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət bölgələri olaraq qəbul edilib.

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 3,6 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Daha bir partiya Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir siyasi partiya Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyini elan edib.  Sozcu.az xəbər verir ki, söhbət Milliyyətçi Türkiyə Partiyasından (MTP) gedir. Bu barədə partiyanın rəsmi tviter səhifəsində məlumat verilib.  Milliyyətçi Hərəkat Partiyasından (MHP) qopan partiyanın Kılıçdaroğlunun namizədliyi ilə bağlı rəsmi qərarı sədr Ahmet Yılmazın imzası ilə yayımlanıb. MTP onu dəstəkləmək üçün heç bir şərt irəli sürməyib və qeyd-şərtsiz dəstəyini ifadə edib. 

Türkiyə təyyarəsinin heyətinə hücum edildi

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus “Boinq” sərnişin təyyarəsinin kabin heyətinə hücum edilib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Belə ki, təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb. O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib. Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.

Adanada güclü zəlzələ oldu

Türkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 9,38 kilometr dərinliyində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

“NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.   Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.