Türkiyə ilk pilotsuz dəniz vasitəsini sınaqdan keçirdi

Türkiyə yeni silahlı pilotsuz dəniz vasitəsinin (SİDA) sınaqlarını keçirib.

Sozcu.az xəbə verir ki, bu barədə “Star” məlumat yayıb.

Məlumata görə, ARES şirkətinin hazırladığı ULAQ adlı SİDA-nın bu gün keçirilən sınağı uğurlu olub.

Yerli mühərrikə malik ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətindədir. SİDA lazerlə idarə olunan L-UMTAS tankəleyhinə uzaq mənzilli raketlə təchiz edilib.

Qeyd edək ki, pilotsuz vasitəsinin ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir.

Share on Facebook