Meral Akşener Sinan Oğanın qərarından danışdı: “Təəccüblənmədim”

Türkiyənin müxalif “İYİ” Partiyasının sədri Meral Akşener prezidentliyə keçmiş namizəd Sinan Oğanın ikinci turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair qərarına münasibət bildirib. 

Sozcu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, siyasətçi jurnalistlərin bununla bağlı sualına konkret cavab verib: “Təəccüblənmədim”.

Meral Akşener Sinan Oğan mövzusunda maksimum korrekt danışıb. Təcrübəli siyasətçi jurnalistlərin israrından sonra fikrini belə ifadə edib:

“Bu məsələni Sinan Oğana səs verən seçicilər müzakirə etməlidir”. 

Share on Facebook