Türkiyədə pandemiya dövründə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq

Türkiyədə pandemiya dövründə tibbi maskadan istifadə qaydalarının və digər qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq. Bu barədə ölkənin Konstitusiya Məhkəməsinin qərarı “Rəsmi qazetə”də dərc olunub. Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Meral Akşener Sinan Oğanın qərarından danışdı: “Təəccüblənmədim”

Türkiyənin müxalif “İYİ” Partiyasının sədri Meral Akşener prezidentliyə keçmiş namizəd Sinan Oğanın ikinci turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair qərarına münasibət bildirib.  Sozcu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, siyasətçi jurnalistlərin bununla bağlı sualına konkret cavab verib: “Təəccüblənmədim”. Meral Akşener Sinan Oğan mövzusunda maksimum korrekt danışıb. Təcrübəli siyasətçi jurnalistlərin israrından sonra fikrini belə ifadə edib: “Bu məsələni Sinan Oğana səs verən seçicilər müzakirə etməlidir”. 

Türkiyədə MOSSAD casusları yaxalandı

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrailə bağlı casuslara qarşı uğurlu əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, İsrailin xarici kəşfiyyat xidməti - MOSSAD tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər yaxalanıb. Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat nəticəsində PKK-nın “kommunikasiya infrastrukturu”nun rəhbəri olan “Rodi” kod adlı Əmrə Şahin zərərsizləşdirilib.

Sinan Oğan qərarını bu tarixdə açıqlayacaq

ATA İttifaqının namizədi Sinan Oğan hansı namizədi dəstəkləyəcəklərini 22 mayda açıqlayacaqlarını bildirib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu türkiyəli aparıcı Fateh Altaylı deyib. “Az öncə Sinan Oğanla görüşdük. “İki liderlə də görüşdük. Hələ qərar verməmişik. Qərarımızı bazar ertəsi açıqlayacağıq”, cavabını verdi”, - Altaylı bildirib.

Daha 2 “Aksunqur” Türkiyə ordusunun arsenalında

Daha 2 ədəd “Aksunqur” PUA-sı Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Xeyirli olsun! Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir deyib. Qeyd edək ki, TUSAŞ tərəfindən bu günə qədər istehsal edilən “Aksunqur” PUA-sının sayı 10-a çatıb.

Kılıçdaroğlu: Bu dəfə daha inamlı, daha qərarlıyıq

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabından "Vətən borcu" qeydi ilə sabah xaricdə səs verəcək seçicilərə müraciət edib. Sozcu.az həmin müraciəti təqdim edir:

Türkiyə hərbi gəmiləri Kipr limanlarına girəcək

Türkiyə hərbi gəmiləri 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə bağlı keçirilən tədbirlər çərçivəsində Şimali Kipr Türk Respublikasının limanlarına gələcək. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin “İmbat” və “Bozcaada” gəmiləri mayın 19-da ada sakinlərinin üzünə açıq olacaq.

Kılıçdaroğlu: Türkiyə gəncliyi ilə yenidən tarix yazmağa hazırlaşır

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabında 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı mesajını paylaşıb. “Ulu Öndərimiz Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə daxili və xarici pisliklərə qarşı gəncləri ilə bir tarix yazmağa hazırlaşır. Ümidimizi və Atatürkün gənclərə verdiyi tarixi borcumuzu yaşadaraq, qətiyyətlə addımlayacağıq. 19 Mayınız mübarək!”  Sozcu.az

Kılıçdaroğlu Oğanla GÖRÜŞƏCƏK

Türkiyədə seçkilərin ilk turunda "ATA İttifaqı"nın prezidentliyə namizədi olmuş Sinan Oğanla "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu arasında görüşəcəklər. Sozcu.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, görüş sabah baş tutacaq. Məlumata görə, əsas müzakirə mövzusu prezident seçkilərinin ikinci turunda Oğanın kimi dəstəkləyəcəyi olacaq. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb. Oğan bu gün "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ilə də eyni müzakirə üçün 3 saatlıq görüşüb. Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı barədə məlumat yayılmışdı.

Səfirlikdən ölkəmizdəki Türkiyə vətəndaşlarına müraciət

Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında paylaşım edilib. Bildirilib ki, prezident seçkilərinin ikinci turu üçün səfirlikdə səsəvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq. Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi prezident olacaq. İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. ATA İttifaqının təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.