Türkiyə ordusunun 5 hərbçisi şəhid oldu

Türkiyə ordusunun 5 hərbçisi şəhid olub.

Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, "Pençe-Kilit" əməliyyatının keçirildiyi zonada bölücü terror təşkilatının üzvləri tərəfindən açılan atəş nəticəsində Fatih Uğur Altınbaş, Kemal Özek, Özkan Lale, Uğur Özdemir, Mahmud Üçdağ şəhid olub.

"Bizə dərin kədər və hüzn verən bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik", - deyə qeyd olunub.

Share on Facebook