“Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qəbul etmirik”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən XIV səfirlər konfransında çıxışı zamanı deyib.
O bildirib ki, buna baxmayaraq, Türkiyə danışıqlar üçün qapını Rusiyanın üzünə bağlamır:
"Türkiyə sülhün tərəfdarıdır".