Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfərə çıxmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir. İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb. Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə Malatya şəhərinin Pütürgə rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Türkiyədə bu ərazilər "həssas bölgə" elan edildi

Türkiyənin Artvin, Van, Kayseri və Bartın vilayətində altı yer qeydə alınaraq “mütləq qorunmalı həssas ərazi” elan edilib. Sozcu.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı qərarı "Rəsmi Qəzet"də dərc edilib. Qərarda sözügedən ərazilərdə bəzi yerlərin xəritə və eskizləri, sərhədləri, koordinatları yer alıb.

Türkiyədə dəhşətli qəza: ölü və yaralılar var

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda sərnişin avtobusu yoldan çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub. Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

MİT İraqda əməliyyat keçirib, PKK/KCK-nin "rəhbər şəxsi" məhv edilib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Snicar bölgəsində yeni əməliyyat keçirib. Əməliyat nəticəsində PKK/KCK terror qruplaşmasının "lideri" Mesut Celal Osman məhv edilib. Onun Sincar vilayətinin “rəhbər şəxsi” olduğu bildirilib.

Çanaqqala meşələrində yanğın başlayıb - FOTO

Çanaqqala mərkəzinin Sarıbeyli kəndi yaxınlığındakı meşədə yanğın baş verib. Məlumata görə, yanğını küləyin təsiri ilə genişlənir və böyüyür. Bölgədə 35 suçiləyici maşın, 5 buldozer, 3 yanğınsöndürmə briqadası, 8 ilkin müdaxilə maşını, 8 su təchizatı maşını, 4 inşaat maşını, 300 canlı qüvvə 80 jandarm fasiləsiz olaraq iş aparır. Yanğının yaşayış məntəqələrinə də keçmək təhlükəsi var. Hazırda yanğınla mübarizə işləri davam etdirilir.

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar Türkiyənin Osmaniyyə və Qaziantep bölgələrində də hiss edilib. Zəlzələ zamanı dağıntı və itki qeydə alınmayıb.

Türkiyə UÇA adlı yeni hərbi texnika istehsal edib

Türkiyə Milli Müdafiə Sənayesi UÇA adlı yeni hərbi texnika istehsal edib. Sozcu.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bu hərbi texnika iyulun 25-28 tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək. UÇA layihəsi hədəf aşkarlama və mina atış qurğusunun MK-84 tipli ümumi təyinatlı bombalara inteqrasiyasını, hücum dəniz minalarına çevrilməsini əhatə edir. UÇA “F-16”, “F-4”, “Bayraktar AKINCI”, “AKSUNGUR” kimi “MK-84” ümumi təyinatlı təyyarə bombalarını ata, daşıya bilir. Bildirilib ki, bu texnikada sualtı “Akustik IFF” (“Dost-Düşmən Tanıma”) Sistemi, mədəndə təzyiq, vibrasiya, maqnit anomaliyası və akustik sensorları var. UÇA bu qabaqcıl sensor birləşmə texnologiyası ilə hədəf gəmiləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olacaq. Məlumata görə, UÇA layihəsi Maşınqayırma və Kimya Sənayesi, Qoç Müdafiə və TÜBİTAK SAGE-nin öz qaynaqları və təşəbbüsü ilə həyata keçirilib.

Türkiyə 10 ildən sonra Misirə yeni səfir təyin etdi

Salih Mutlu Şən Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.

Japarov bütün qurumlarda qırğız dilini məcburi etdi

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün dövlət qulluqçularını dövlət dili statusuna malik qırğız dilində danışmağa məcbur edən qanunu imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, qanuna əsasən, indi qırğız dili dövlət və yerli özünüidarəetmə orqanlarının, bütün mülkiyyət formalı müəssisə, idarə və təşkilatların fəaliyyətində məcburi istifadə olunmalıdır. Həmçinin, mülkiyyət formasından asılı olmayaraq teleradio şirkətləri verilişlərinin ən azı 60 faizini qırğız dilində yayımlamalıdır. Birgə və xarici təşkilatların adları indi qırğız dilinə transliterasiya edilməlidir. Qanunda bildirilir ki, Qırğızıstanda rus dili rəsmi dil kimi istifadə olunur. Qırğızıstan Konstitusiyasına görə, qırğız dili dövlət dilidir. Rus dili isə dövlət dili statusuna malik deyil.

Bu türk ölkəsi Türkiyədən 4,4 milyardlıq hərbi texnika alır

Qazaxıstan Türkiyənin “Otakar” şirkətindən “ARMA 8×8” zirehli maşınlar almağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb. Məlumata görə, “Otokar ARMA” Qazaxıstana 4,4 milyard ABŞ dolları məbləğində 834 ədəd zirehli texnika tədarük edəcək. Qeyd edək ki, Qazaxıstan 1 ilə yaxındır “Otokar” tərəfindən hazırlanmış TULPAR və ARMA kimi zirehli döyüş maşınlarını müxtəlif şərtlərdə sınaqdan keçirir.

Krım körpüsünə hücumda iştirak edənlər mükafatlandırılacaq

Ali Radada Krım körpüsünə hücumda iştirak edənlərin dövlət mükafatlarına təqdim edilməsi təklif edilib. Təşəbbüsü Radanın deputatı Oleksiy Qonçarenko səsləndirib.  Sozcu.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, O.Qonçarenko Krım körpüsünə hücumu “Ukraynanın böyük uğuru” adlandırıb. Bundan əvvəl Ukrayna Krım körpüsündə baş verən fövqəladə vəziyyətdə Kiyevin iştirakına eyham vurmuşdu. “RBC-Ukrayna” nəşrinin mənbələri hücumu Ukrayna dəniz qüvvələrinin və kəşfiyyat xidmətinin “xüsusi əməliyyatı” adlandırıb. Qondarma Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Kiyevdə törədilən terror aktına görə qisas almağa çağırıb. Qeyd edək ki, artıq Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub. Bildirilib ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına yola düşüb. Körpüdəki partlayış nəticəsində ər-arvad ölüb, qızları isə yaralanıb. Daha əvvəl Krımının qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.