Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalındakı Kamışlıda gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "pul trafiki üzrə məsul şəxs" Remziye Altığ zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.