Hakan Fidandan Krım və Ukrayna açıqlaması

Türkiyə tatar türklərinin qədim vətəni Krım da daxil olmaqla, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmək əzmindədir. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Türkiyə Ukraynanın yenidən qurulmasında aparıcı rol oynayan ölkələrdən biridir. Müharibə başlayandan bəri Ukraynadakı türk podratçılar ümumi dəyəri 3,2 milyard dollar olan 50 layihədə iştirak ediblər”, - o bildirib.

Türkiyədə yük maşını ilə avtobus toqquşub, ölənlər və yaralananlar var

Türkiyədə yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə Dənizli-Afyonkarahisar avtomobil yolunda baş verib. Qəza nəticəsində yük maşınının sürücüsü və sərnişini həyatını itirib.

Türkiyədə ağır yol qəzası: ölü və yaralılar var

Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Türkiyəyə terrorçuların ekstradisiyası... - Billström

İsveç PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınayır. Sozcu.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström jurnalistlərə açıqlamasında deyib. “Türkiyə ilə hədəfimiz eynidir: terrorla mübarizə aparmaq. Bunu memorandum çərçivəsində əl-ələ verib konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istəyirik. İsveçdə qəbul edilən yeni qanun layihəsi ölkəmizlə Türkiyə, NATO və Avropa Birliyi (AB) üzvləri arasında terrorla mübarizə sahəsində əməkdaşlığı asanlaşdıracaq”, - XİN başçısı bildirib. Nazir eyni zamanda İsveçdə məskunlaşan terrorçuların Türkiyəyə ekstradisiya məsələsinə də aydınlıq gətirib: “İsveç AB-nin qanunvericiliyi çərçivəsində ekstradisiya həyata keçirir və ekstradisiya qərarları məhkəmə sistemi tərəfindən müstəqil şəkildə qəbul olunur”.

Türkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında 16 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib. Bildirilib ki, Türk Silahlı Qüvvələri Suriyadakı Tel Rıfat və Münbiç məntəqələrində təsbit olunmuş terrorçu hədəfləri dağıdıb və nəticədə 16 terrorçu zərərsiz hala gətirilib. Bununla da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib. "Əsgər hücum həyata keçirən terrorçuların hinlərini başlarına yıxmağa davam edir", - deyə tvitdə qeyd olunub.

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda 11 nəfər qidadan zəhərlənib. Sozcu.az “Haber Global”a istinadən xəbər verir ki, qısa müddət əvvəl istifadəyə verilən müəssisədə günün müxtəlif saatlarında toyuq əti və düyü yeyən 11 nəfər dünən axşam saatlarında qusma və ürəkbulanma şikayətləri ilə Əliağa Dövlət Xəstəxanasına müraciət edib. Tibbi müayinədən sonra onların müalicələrinə başlanılıb. Hadisə ilə bağlı təqiqat aparılır.

İzmirdə zəlzələ baş verib

Türkiyənin İzmir şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkan 10.19 km dərinlikdə baş verib. Dağıntılar barədə hələlik məlumat yoxdur.

Türkiyə lirəsindən yeni antirekord

Türkiyə lirəsi növbəti ucuzlaşma ilə tarixi minimumu yeniləyib. Sozcu.az xəbər verir ki, hazırda 1 dollar 23,62 lirəyədir. Avro isə 25,41 lirə olub.

İraqda iki türk əsgəri şəhid oldu

İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olublar. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Tvitter səhifəsində yazıb. O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Əhməd Qaya və Xəlil Şahin şəhid olublar. Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Tokayev yanğına görə naziri işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Onun məhz bu səbəbdən vəzifəsindən azad olunduğu bildirilir. Son məlumatlara görə, meşə yanğınları 60 min hektar sahəni əhatə edir. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, 11 nəfər isə itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Ərzincan şəhərinin Çayırlı rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 16,52 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat qeydə alınmayıb.