İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb, 5 əsgər yaralanıb.
Sozcu.az Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb. İlkin məlumata görə, qarşıdurmada 15 terrorçu zərərsizləşdirilib.
“12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla qarşıdurmada yaralanan daha bir döyüş yoldaşımız bütün müdaxilələrə baxmayaraq şəhid oldu və şəhid olan qəhrəman əsgərlərimizin sayı 9-a yüksəldi”, - nazirliyin açıqlamasında bildirilib.
Bölgədə əməliyyatlar davam edir.