Bodrumda oteldə atışma: ölü və yaralılar var

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərindəki otellərin birində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib. Məlumata görə, otelə maşınla gələn 3 nəfərlə orada olan digər 3 nəfər arasında silahlı qarşıdurma yaranıb. Hadisə nəticəsində 1 nəfər öldürülüb. Digər 3 nəfər isə yaralanaraq xəstəxanaya aparılıb.

UAZ bu türk ölkəsində yığılacaq

Ulyanovsk Avtomobil Zavodu (UAZ) Özbəkistanın Daşkənd vilayətindəki Çirçik texnoparkında avtomobillərin yığılmasına başlamaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə texnoparkdan məlumat verilib. Məlumata görə, texnopark və UAZ rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə ediblər. “UAZ nümayəndələri Özbəkistanda avtomobillərin yığılmasına başlamaq niyyətlərini açıqlayıblar”, - məlumatda qeyd olunub.

MİT-dən nöqtə əməliyyatı: PKK-nın məsul kuryeri məhv edilib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının sözdə İraq-Suriya üzrə kuryer "zabiti"nə qarşı nöqtə əməliyyatı həyata keçirib. Sozcu.az yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyatla "Doğan" kod adlı Kadri Encun məhv edilib. Bildirilir ki, sözügedən terrorçu Pənçə-Kilit əməliyyatlarına qarşı Qara, Zap, Metina və Haftanində əməliyyat keçirəcək terror qruplarının keçidini təmin edirmiş.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun hərbçisi Erkan Səlcuq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, - Məlumatda bildirilib.

Türkiyə yenidən silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Elbistan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu Ali Demir şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin X-dəki rəsmi səhifəsində paylaşım edilib.  Nazir Yaşar Güler başsağlığı verib.  Allah rəhmət eləsin! 

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 7 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.

Bakı-Quba yolunda AĞIR QƏZA: Türkiyə vətəndaşı öldü

Bakı-Quba yolunda ağır qəza baş verib.  Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba, ödənişli magistral yolunun 82 km-də baş verib.  Belə ki, 1965-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Maliki Ejder Yıldırım idarə etdiyi “Mitsubishi L200” minik markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və sürücü hadisə yerində ölüb.  Faktla bağlı Siyəzən RPŞ-da cinayət işi başlanılıb. 

Hakan Fidan İraqa səfərə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün, avqustun 22-də İraqa səfərə gedəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, H.Fidan paytaxt Bağdad və Ərbildə bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində İraqla ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələlər müzakirə olunacaq. Üç gün davam edəcək səfər avqustun 24-də başa çatacaq.

İmamoğlu gözlənilən təhlükə ilə bağlı istanbullulara səsləndi

İstanbul meri Əkrəm İmamoğlu quraqlıq təhlükəsi ilə əlaqədar Türkiyə metropolunun sakinlərini suya qənaət etməyə çağırıb.  Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb:  “Bütün vətəndaşları su sərfiyyatı və qənaətlə bağlı daha diqqətli olmağa çağırıram. İstanbulun su anbarlarında su ehtiyatı normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir”. Bələdiyyə sədrinin verdiyi hava proqnozlarına görə, bu həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək. Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında suyun iki aya kifayət edəcəyini açıqlamışdı. 

Türkiydə ağır qəza: 12 nəfər öldü

Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, 19 sərnişin yaralanıb. Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdiriliblər.

Daha 3 terrorçu Türkiyəyə təslim oldu

Daha 3 terrorçu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib. Onun sözlərinə görə, son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb: “Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərirdi. Terrorla mübarizədə xidmət göstərən qəhrəmanlarımızı təbrik edirəm”. Nazir qeyd edib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam edir.