Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, general Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə görüş keçirib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Görüş İraqın şimalındakı "Pəncə-Kilid" antiterror əməliyyatı zonasında keçirilib. İraq vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi məsələlərinə xüsusi diqqət yetirilib”, - Milli Müdafiə Nazirliyindən deyilib.