Türkiyənin Gümüşxanə şəhərinin Kelkit ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 15,68 km dərinlikdə meydana gəldiyi bildirilib.
Bundan əlavə, Ərzincanın mərkəzində də 3,7 maqnitudalı təkanlar qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.