"Həmin uşaqlar travmaları üzərində şikəst talelərini yaşayırlar"

"Bizim ən böyük imtahanımız, şansımız bəlkə də uşaqlığımızdır. Çünki həyatımız o illərin kökləri, nəticələri, uğurlu və uğursuz səhifələri üzərində qurulur. Bu məqam isə çox vaxt özünü doğruldur. Uşaq ikən bol sevgiylə, nəvazişlə, doğru tərbiyəylə böyüyən, gözəl ailəylə müjdələnən insanlar adətən bu işığı davam etdirirlər". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı sosial şəbəkə hesabında yazıb. Oğlu ilə fotolarını yayımlayan Azər bunları əlavə edib: "Uşaqlığında sevgidən, diqqətdən, istilikdən məhrum olanlar, sığaldan, qucaqdan əskik qalanlar isə yaşa dolanda həyatın növbəti astanasında daha bir imtahan verirlər: ya həmin uşaqlıq travmaları üzərində şikəst talelərinə davam edir, həmin qaranlıqlarını qurduqları ailələrinə, eynən öz körpələrinə ötürür, ya da o ağrılardan, uşaqlıqlarının “buzlarından” dərs çıxarıb tam tərsinə, daha böyük məhəbbətə, sığala, qucağa çevrilirlər. Axı sevgisizliyin ağrısını, kasıblığını həm də ən yaxşı onlar bilirlər… Oğlum, layiq olduğun hər şeyi sənə verə bilirikmi, bilmirəm. Amma səni sevgidən əskik buraxmamaq üçün əlimdən gələni edirəm. Həyatın səni növbəti imtahanla sınağa çəkməsini istəmirəm. İnanıram, bilirəm ki, bir gün sən də öz balalarına sənə ən böyük yadigarımızı layiqincə ötürəcəksən… Səni sevirəm, səni sevirik, oğlum! Sən də həmişə sev, çox sev".

Film çəkilişlərində ölmüş 5 Hollivud ulduzu

Sozcu.az lent.az-a istinadən film çəkilişləri zamanı həyatını itirmiş, sənətə qurban getmiş məşhurlar barədə məlumat verir. 26 yaşlı Con Erik Heksam 1984-cü ildə çəkiliş meydançasında həlak oldu. "Gizlədilən faktlar" macəra filminin çəkilişi zamanı agent rolunu oynayan Cona saxta əvəzinə həqiqi güllələrlə atəş açılmış, o elə hadisə yerində ölmüşdü. Karyerasına komediya ustası kimi başlamış Redd Foks "Kral ailəsi" sitkomunun çəkilişləri zamanı çəkiliş meydançasında ölməliydi. Senariyə əsasən aktyoru ürəyi tutmalı və o keçinməliydi. O rolu çox  real oynadı. Ölüm səhnəsi çəkilib qurtarandan sonra aktyorun həqiqətən öldüyü məlum oldu. Bryus Linin oğlu Brendon Li 28 yaşında "Ölüm qülləsi" filminin çəkilişində ölüb. O da yanlışlıqa atılmış gülləyə qurban gedib. Tayron Pauer "Süleyman  şah" filminin çəkilişləri zamanı İspaniyada şah taxt- tacında oturarkən ölüb. Necə ki, Süleyman şahın ölümündən xəbər tutulmamışdı, ilk 10 dəqiqədə heç kim ulduz aktyorun öldüyünü yoxsa rol oynadığını anlamamışdı. Con Ritter çəkiliş meydanında ürəktutmasından ölmüşdü. Ailəsi kinoşirkəti məhkəməyə vermiş, böyük miqdarda kompensasiya almışdı.

"Ben bu cihana sığmazam"dan sonra bu layihədə yer aldı

"Ben bu cihana sığmazam" serialından ayrılan aktrisa Işıl Yücesoy çox özəl bir proyektdə kamera qarşısına keçib. Sozcu.az xəbər verir ki, Işıl “Hadi, Tut Elimi” uşaq filmində rol alıb. Rejissorluğunu Tuğçe Soysopun etdiyi filmdə Gürol Beşer, Alp Kırşan, Sevinç Erbulak, Erhan Yazıcıoğlu, Coşkun Demir, Doğan Akdoğan, Ezo Sunal, Tuğçe Karabayır da çəkilib. Keçən il nəvəsi Ozanı qucağına alan Işıl Yücesoy filmin setinin son kadrlarını çəkərək, “Yaxşı, bu qədər əyləncə var. Digər uşaqlarım da məni gözləyir” sözlərini söyləyib. 

12 il sonra barışdılar

Türkiyəli müğənni Mustafa Sandal həmkarı Gülbən Ərgənlə arasındakı küslüyə son qoyub. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar 12 ildən sonra barışıblar.  Sandal "Barışmaq üçün sənə böyük bir qutu göndərdim. Onun içində bir daş, daşın içində isə sənə hədiyyə etdiyim mahnı sözləri var. O daşın mənası odur ki, mənimlə küsülü qalsan başını daşdan-daşa vurarsan", - deyərək Gülbən Ərgənlə barışıq yolunda addım atıb. Xatırladaq ki, M.Sandal müğənnidən "Başrolde Aşk" filmində rol almasını istəyib, o isə rədd cavabı verdiyi üçün münasibətləri pozulub.

Arvadı Enrikeyə öpüşməyi qadağan etdi - SƏBƏB

Məşhur müğənni Enrike İqlesiasa uzun illərdir birlikdə olduğu keçmiş tennis ulduzu Anna Kurnikova tərəfindən qadağa qayulub. Sozcu.az olay-a istinadən bildriir ki, səhnəyə çıxan bəzi qadın pərəstişkarları ilə öpüşən ifaçıya bir daha bunu etməməsini tapşırıb. Kurnikova sevgilisinin bu davranışına görə onların da xəstələnəcəyindən narahat olub.

DiKaprionun yox, onun yaxın dostunun sevgilisi imiş - FOTO

Bir neçə gün əvvəl məşhur aktyor Leonardo DiKaprio ilə yaxtada görüntülənən model Neelam Gill eşq iddialarına aydınlıq gətirib. Sozcu.az olay-a istinadən bildriir ki, model bununla bağlı "İnstaqram" hesabının hekayə bölməsində açıqlama edib. "Şaiyələrə aydınlıq gətirmək üçün... Mən Leonardo DiKaprionun yeni sevgilisi deyiləm. Mənim onun yaxın dostu ilə ciddi münasibətim var və bu, aylardır davam edir. Eyni çevrədə görünməyimizin yeganə səbəbi mənim sevgilimlə orada olmağımdır. Ümid edirəm ki, bu, bütün yalan xəbərlərə aydınlıq gətirəcək" - deyə Gill yazıb.

"Uşaq sahibi olmaq istəyirəm, baxaq görək necə olacaq"

Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, o, bu niyyəti barədə "People" jurnalına müsahibəsində açıqlama verib. Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub. Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək. "Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq", - deyə o qeyd edib. "Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar", - deyə Afida vurğulayıb.

Manaf onları təhqir etməsi ilə bağlı iddiaya cavab verdi

"Bunun açıqlamasını vermişəm. Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu, səs yazısı və ya yazışma varsa qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək". Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Həmin Zaur" verilişində deyib. Sənətçi həmkarları Zamiq Hüseynov, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə haqda qeyri-etik ifadələr işlətməsi iddiasına cavab verib. O bildirib ki, adıçəkilən müğənnilər dostudur, heç vaxt onlar haqqında mənfi danışmayıb:  "Başqa heç nə yoxdur, sadəcə əsəb korlanır. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir". 

İnstaqramda paylaşım üçün milyonlar alırlar - Siyahı

Türkiyəli aktrisaların sosial media paylaşımlarına görə aldıqları məbləğlər ortaya çıxıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ən çox ödənişi aktrisa Hande Erçəl alır. Belə ki, instaqramda 30 milyondan çox izləyicisi olan aktrisaya paylaşıma görə 350 min lirə (22 min 071 manat) ödəmək lazımdır. Sosial media hesablarında ən çox ödəniş alan 10 türk aktrisanın sıralaması belədir: 2. Beren Saat (5 milyondan çox izləyici) 300 min lirə (18 min 920 manat) 3. Serenay Sarıkaya (10 milyondan çox izləyici) 275 min lirə (17 min 343 manat) 4. Afra Saraçoğlu (8 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 5. Fahriyə Evcən (13 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 6. Eda Ece (7 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 7. Demet Özdemir (16 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 8. Neslihan Atagül (14 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 9. Hazar Ergüçlü (3 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat) 10. Pınar Deniz (2 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat)

Cavanşir Məmmədovun qızına qarşı dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Əmrah oğlunun toyuna getmədi

Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu nişanlısı, jurnalist Əda İrapla nikah masasına əyləşib. Əmrah küsülü olduğu oğlunun toyuna qatılmayıb. Mərasimdə Tayfunun nikah şahidi "Yeşilçam"ın ulduzu Nuri Alço olub. Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir görüşmürlər.

Conni Depp narkotikdən komaya düşdü

Macarıstana konsert vermək üçün gedən dünya şöhrətli aktyor və müğənni Conni Depp otel otağında huşsuz vəziyyətdə tapılıb. Sozcu.az APA-ya istinadən bildirir ki, məşhur aktyorun yüksək dozada narkotik istifadə etdiyi üçün komaya düşdüyü iddia edilib. "Karib dənizinin quldurları" filmində Cek Sərçə obrazı ilə yadda qalan dünya şöhrətli aktyor və müğənni Conni Deppin intihara cəhd etməsi də iddialar arasındadır. Məşhur aktyorun Macarıstanda keçiriləcək konserti ləğv edilsə də, hələlik mövzu ilə bağlı açıqlama verilməyib.