Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib.
Sozcu.az axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu nişanlısı, jurnalist Əda İrapla nikah masasına əyləşib. Əmrah küsülü olduğu oğlunun toyuna qatılmayıb. Mərasimdə Tayfunun nikah şahidi "Yeşilçam"ın ulduzu Nuri Alço olub.
Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir görüşmürlər.