"Bunun açıqlamasını vermişəm. Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu, səs yazısı və ya yazışma varsa qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək".
Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Həmin Zaur" verilişində deyib. Sənətçi həmkarları Zamiq Hüseynov, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə haqda qeyri-etik ifadələr işlətməsi iddiasına cavab verib.
O bildirib ki, adıçəkilən müğənnilər dostudur, heç vaxt onlar haqqında mənfi danışmayıb:
"Başqa heç nə yoxdur, sadəcə əsəb korlanır. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir".