"Ben bu cihana sığmazam" serialından ayrılan aktrisa Işıl Yücesoy çox özəl bir proyektdə kamera qarşısına keçib.
Sozcu.az xəbər verir ki, Işıl “Hadi, Tut Elimi” uşaq filmində rol alıb.
Rejissorluğunu Tuğçe Soysopun etdiyi filmdə Gürol Beşer, Alp Kırşan, Sevinç Erbulak, Erhan Yazıcıoğlu, Coşkun Demir, Doğan Akdoğan, Ezo Sunal, Tuğçe Karabayır da çəkilib. Keçən il nəvəsi Ozanı qucağına alan Işıl Yücesoy filmin setinin son kadrlarını çəkərək, “Yaxşı, bu qədər əyləncə var. Digər uşaqlarım da məni gözləyir” sözlərini söyləyib.