Buna görə Amerikadan Türkiyəyə qayıtdı

Türkiyəli aktrisa Meltem Cumbul 2 il aradan sonra ekrana qayıdır. Sozcu.az xəbər verir ki, aktrisa Mahsun Kırmızıgülün "Güzel atlar diyarı" serialında rol alacaq. Amerikada yaşayan aktrisa bunun üçün Türkiyəyə gəlib.  Qeyd edək ki, Meltem son olaraq "Kırmızı oda" serialında rol alıb.

“Dedi ki, ağzını dağıdaram, anama nə deyirsən?” – Aşıq Namiq döyülməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Namiq Fərhadoğlu Zabitlər parkında gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Sozcu.az xəbər verir ki, Aşıq Namiq Fərhadoğlu ATV-nin efirində yayımlanan "Rəngarəng səhər" proqramına qoşularaq məsələ ilə bağlı danışıb. Ətrafı:

"Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb..." - Elnarə Abdullayeva

"Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də mənə artıq-əskik təklifi görmədim. Mən bütün azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar". Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib. Sənətçi xoşaqəlməz həyat tərzi keçirən qadınları sözləri ilə yerdən yerə vurub: "Həyatda məcburu heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər çölə. Çöldə o kişi qız, qadın görməsə qoltuğuna pişiyi, çaqqalı vurub aparmayacaq ki, harasasa... Çıxıb, əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran isə qadındır. Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasasa aparır? Hə? Niyə? Niyə axı sən özünü bu günə qoyursan? Mən bu cür qadınları qınamıram, onlardan ötrü ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır?  Olmaz ki, çətin yaşayın, amma qürürla yaşayın və özünüzdən muğayat olun?!"

Afaq Aslana 765 minlik “Lamborghini” hədiyyə edən bu şəxs imiş

Azərbaycanlı müğənni, model Afaq Aslana bahalı avtomobil hədiyyə edilib.  Afaqın  ailə quracağı deyilən sevgilisi ona “Lamborghini Urus” maşını bağışlayıb. Avtomobilin qiymətinin 450 min dollar (təxminən 765 min AZN) olduğu bildirilib. Model qısa müddət ərzində həm serbiyalı, həm də hollandiyalı olan iş adamı ilə ailə həyatı quracaq.  Xatırladaq ki, Afaq Aslan uzun müddətdir Azərbaycandan köçərək xaricdə yaşayır. (kanal.az)

Musa Musayev infarkt keçirdi

Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçiritdiyini açıqlayıb. Sozcu.az Azxeber.com-a istinadən xəbər verir ki, qızları ilə Nanə Ağamalıyevanın qonağı olan sənətçi, bu haqda "7 tamam" verilişində bildirib: "Verilişə ona görə qızlarımla gəldim ki, Musa müəllimin səhhətində problem yaranıb. Mini infarkt keçirib. İndi vəziyyəti yaxşıdır".

"Evlənmək üçün gecikdiyimi düşünmürəm" - Oktay Kaynarca

Türkiyəli aktyor Oktay Kaynarca şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, aktyor yenidən ailə qura biləcəyini söyləyib: "Zaman çox sürətlə keçir. Bu qarmaşada həyatı əlimdən buraxdım. Amma evlilik və uşaq üçün hələ də ümidim var. Atam mən 5 yaşında olanda vəfat etdi. Uşağın ata və ana ilə böyüməsi dəyərlidir, ancaq ən vacib olan həyatdır. Ona görə də gec qaldığımı düşünmürəm".  Qeyd edək ki, Oktay 2012-2013-ü illərdə Melek Angunlə evli olub. Aktyor hazırda "Ben bu cihana sığmazam"da baş rolu ifa edir.

İsraildə olan Samirə ağladı: “Dəhşətdir”

Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb. Sozcu.az xəbər verir ki, Samirə canlı yayım açaraq orada yaşadıqlarını danışıb. Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib: “Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır… Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Flora Kərimova sərt açıqlama yaydı: “Mənim ailəmin namusunu...”

Uzun müddətdir müğənni Afət Fərmanqızı ilə qalmaqal yaşayıb onu məhkəməyə verən Xalq artisti Flora Kərimova sükutu pozub. Yenisabah.az xəbər verir ki, 83 yaşlı sənətçi haqqında səsləndirilən iddialara ümumi açıqlama verib: "Bəziləri qarşı tərəfi situasiyadan çıxarmaq üçün deyir ki, mənə bu yaraşmır. Bəziləri məni istəyərək deyir ki, sən əsəbini, səhhətini belə şeylərə xərcləmə.  Ancaq mənim yerimə siz cavab vermirsiniz. Mənim yerimə siz əsəbləşmirsiniz, ailəmin namusunu qorumursunuz, övladlarımın gələcəyini düşünmürsünüz, mənim əvəzimə oğlumun namusundan nigaran deyilsiniz, sizə bunu demək asandır.  Mən anayam! Məndən başqa burada heç kəs yoxdur ki, ağzını açıb bir söz desin. Bilirsiniz ki, qanunlar da burada çox vaxt işləmir. Burada "tapşırıq" hökm sürür. O qədər canlarını qorxu alır ki, bir tapşırığa yox deyə bilmirlər.  Mənim işlərim həmin tapşırıqlarla idarə olunur. Demirəm meydanda tək qalmışam, göydə Allah, onun mənə verdiyi iradə, ağıl və sizlərin mənə olan dayağı bəsimdir!" Xalq artisti müğənni Afət Fərmanqızına səslənib və onu hədələyib: "Afət, yəni mən o qədər savadsızam ki, bilmirəm məhkəmənin qərarı çıxmadan mülklərə həbs qoyulmur? Mən bunu bilərəkdən elədim, onu sən başa düşmədin. Mənə lazım idi biləm ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim.  Afət, deyirsən ki, ekspertizaya imtina etdi, sən bir sənədlərə bax! İnsanın dili başını daşdan-daşa vura bilər, öz qədərimizi özümüz yaradırıq. Yalan danışmaq insan xislətidir. Öz uydurmalarına inanmaq isə bir başqa bədbəxlikdir. Vicdanı olmayanın onurğası olmaz, qüruru olmaz, mənliyi olmaz! Varlığımı həzm edə bilməyib, çeynənmiş yalanlarınızı bir-birinizin ağzına tüpürməyiniz isə acizliyinizin göstəricisidir. Hikkənlə öz cəsarətinin çatmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan ittiham və böhtanlarının hesabını verəcəksən!"

Sedadan Xoşqədəmə: “Mənim verilişim səninkinə bənzəməz”

Aparıcı Xoşqədəm Hidayət qızı və əri Doğuş Türkiyənin məşhur sənətçisi Seda Sayanla növbəti dəfə bir araya gəliblər.  Sozcu.az Olay-a istinadla xəbər verir ki, onlar həmin anın görüntülərini sosial şəbəkə hesablarında paylaşıblar.  "Xoşqədəm, mənim verilişim başqadır. Bu veriliş səninkinə bənzəməz", - deyə Seda Sayan yayımladığı videoda qeyd edib.  Azərbaycana sevgilərini göndərən sənətçi Xoşqədəm Hidayətqızından onun üçün dovğa bişirməyi xahiş edib.

Aynişan formada qalmağın sirrini açıqladı

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva formada qalma sirlərini bölüşüb.  Axşam.az-ın məlumatına görə, o, çörək yemədiyini və qidalanma rejiminə diqqət yetirdiyini bildirib:  "Formada qalmağımın səbəbi ürəyim istədiyi yeməkləri yeməməyimdir. Bəzən ürəyim çox istəyəndə yeyirəm. Amma o zaman balans çox önəmlidir. İki həftədən bir bunu pozmaq olar, amma çox yox.  Çörək yemirəm. Fərqi yoxdur, qlütenli və ya qlütensiz. Belə olanda yeməklərin dadını daha çox hiss edirəm". 

Aynişanın MRT cavabı çıxdı: “Üzgünəm, ancaq uzanıb tavana baxmışam”

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyevanın səhhətində problem yaranıb.  Sozcu.az xəbər verir ki, aylardır boyun ağrısından şikayətlənən Aynişan həkim qəbulunda olub. MRT (Maqnit Rezonans Tomoqrafiya) analizinin cavabları çıxdıqdan sonra isə gənc bloqer nəticə haqda sosial şəbəkə hesabında paylaşım edib:  "Bir neçə gün bundan öncə yazmışdım ki, boynum 1 aydan çoxdur ağrıyır. Bir çox insan mənə MRT etməyi məsləhət gördü. Dünən nəhayət ki, MRT-yə getdim. Bu gün isə nəticələr çıxdı.  Kefim pozulub. Üzgünəm. Sadəcə şükür edirəm ki, ən azından vaxtında bildim (nə qədər vaxtında deyə bilərəmsə). Bu gün uzanıb tavana baxmışam sadəcə. Çalışacağam ki, sizinlə də bu günlərdə bölüşüm. Çünki bu, çox insanda ola bilər, qarşısı alınmalıdır".  Xəstəliyinin nə olduğunu hələlik gizli saxlayan Aynişan bir neçə gün sonra bir qrup izləyicisi ilə yürüşə gedəcəyini bildirib. Belə ki, sentyabrın 2-də bloqer izləyiciləri ilə birlikdə Yardımlı rayonunun Nisəqala kəndinə yürüşə yollanacaq. 

Onlara qarşı dələduzluq edən 21 nəfər saxlanıldı

Türkiyəli məşhurlar Beyazıt Öztürk, Demet Akalın, Ahmet Güvənç dələduzluqla üzləşib. Bir qrup şəxs müğənni Doğukan Mançonun səsini təqlid edərək ulduzların pullarını mənimsəyiblər. 21 nəfər saxlanılaraq, nəzarətə alınıb.