İsraildə olan Samirə ağladı: “Dəhşətdir”

Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.

Sozcu.az xəbər verir ki, Samirə canlı yayım açaraq orada yaşadıqlarını danışıb. Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib:

“Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır… Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Share on Facebook