“Təhminə” Fəxrəddin Manafovla eşq yaşaması xəbərindən danışdı

Türkiyəli aktrisa, tamaşaçılara "Təhminə" filmindən tanış olan Meral Konrat yenidən Azərbaycanda filmə çəkilib.  Sozcu.az xəbər verir ki, aktrisa "Elçilik" filmində rol alıb. "Elgizlə izlə" verilişində qonaq olan Konrat Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb. Aktrisa "Təhminə" filmindən sonra eşq yaşadığınız iddia edildi. Bu haqda heç vaxt danışmamısınız" sualına belə cavab verib: "Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq, onu çox sevirəm. Subayam, evlənmək istəyən namizədlərimi gözləyirəm".  Qeyd edək ki, Rasim Ocaqovun rejissorluq etdiyi "Təhminə" filmi 1993-cu ildə lentə alınıb. Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb.

Əlixan İTV üçün serial çəkəcək

Aktyor və ssenarist Əlixan Rəcəbov İctimai Televiziyada serial təqdim etməyə hazırlaşır. Sozcu.az Olay-a istinadla xəbər verir ki, artıq bunun üçün ilkin hazırlıqlar da başlanıb. “Alatava” adlanacaq layihə gələn mövsüm kanalın efirində yayımlanacaq. Əlixan serialın ssenaristidir. Onunla birgə Vüqar Hüseynovun da ssenari də imzası olacaq. Taleh Yüzbəyovun da layihədə olacağı bildirilir.

Nigar Camala hücum edən şəxsə bu qədər həbs cəzası verildi – O kimdir?

Azərbaycanı 2011-ci ildə "Avroviziya”da təmsil edən müğənni Nigar Camala hücum edən şəxs "Bolt” sürücüsü olub. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, N.Camala hücum edən Etibar adlı (şərti ad) şəxs 1999-cu ildə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olub, Binə sovxoz qəsəbəsində yaşayır. Dünən saxlanılan Etibar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilib.