Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərar qəbul edib.
Qərara etiraz edən telekanal məhkəməyə müraciət edərək qərarın ləğvini istəyib.
Qeyd edək ki, qurum serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə olunub. Qərara ekran işinin heyəti ilə yanaşı bir çox məşhur sima etiraz edib.(axşam.az)