Məşhur müğənni Özcan Dəniz hücuma məruz qalıb.
Müğənninin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib.
Özcan Dəniz avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib.
Ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı istintaqa cəlb olunublar.
Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.//Azxeber.com