Küləkli hava: gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək. Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

Gömrükdə nə baş verir? – Tələbələrin də təqaüdü verilmir

Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilməsi ilə bərabər Dövlət Gömrük Akademiyasının tələbələrinin də təqaüdləri verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib. Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib. “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”, – deyə tələbələr bildirib.

Şəhid anası vəfat etdi

Şəhid Tuncay Əlizadənin anası Rəna Əliyeva vəfat edib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika

Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu məlumatda göstərilir ki, Azərbaycanda iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik olub. Sozcu.az xəbər verir ki, Komitənin rəsmi açıqlamasında mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu göstərilib. Qeyd edək ki, Komitə eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Açıqlanan məlumatlara görə, mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüz mal ətinin qiyməti isə 16 manat 30 qəpik olub. Rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılıb. Onu da bildirək ki, mal ətinin baha satılmasının səbəbləri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərdən biri də, bu sahədə fəaliyyət göstərən şəxslərin rəsmi statistikaya düşməyən qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır.

12 il öncə İsmayılovu girov saxlayıb öldürən şəxsin cəzası

Rusiyanın Sank-Peterburq şəhərində 2013-cü ildə Heydər İsmayılovu qayınları ilə əlbir olub bir neçə gün girov saxladıqdan sonra qətlə yetirməkdə təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2013-cü ilin yanvar ayında baş verib. İttihama görə, Ülfət Məmmədov və Heydər İsmayılov Ülfətin qayınlarına məxsus Sank-Peterburq şəhərində yerləşən mağazada bir yerdə işləyiblər. Bir müddət sonra Heydər İsmayılovun həmin mağazadan 500 min rubla yaxın vəsaiti kassaya ödəməyərək mənimsədiyi məlum olub. Onlar pulu Heydər İsmayılovdan tələb etdikdə geri qaytarmayıb. Bu səbəbdən Ülfət qayınları Cabir Cəfərov, Zahir Cəfərov və tanışı, Tacikistan vətəndaşı Tohir Odiloviçlə əlbir olub Heydər İsmayılovu girov götürüblər. Onu bir neçə gün mənzildə girov saxladıqdan sonra Sank-Peterburq şəhəri yaxınlığında meşəlik əraziyə apararaq qətlə yetiriblər. O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə), 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə), 144.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə ittiham edilib.

Yağmursuz, 13° isti olacaq - HAVA PROQNOZU

Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3-8° isti olacaq.

Bakıda 89 yaşlı kişi və arvadı faciəvi şəkildə öldü

Bakıda ahıl kişi və arvadı dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Qaraçuxur qəsəbəsində 1936-cı il təvəllüdlü İsax Səfərəliyeva və arvadı 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evdə qaz sızmasından ölüb. Araşdırma aparılır.

Dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm). Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb. İdarədən Sozcu.az-a verilən məlumata görə, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb. Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif çiskin olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Rayonlar havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Beyləqanda maşın daş lövhəyə çırpıldı - Sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xials etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.