Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...

Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.  Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.  Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.  kapital bank vakansiya Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.  Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək.  Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq. 

Şamaxı- Bakı yolu da bağlandı: Vətəndaşlar paytaxta gələ bilmir

Şamaxı-Bakı yolunun paytaxta giriş hissəsində 10-12 kilometrlik tıxac yaranıb.  Sozcu.az xəbər verir ki, bununla bağlı fotonu tanınmış jurnalist Qurban Yaquboğlu sosial hesabında paylaşıb. Eyni zamanda tıxacla bağlı çətinlik hazırda Bakının daxilində də yaşanır. Vətəndaşlar bildirirlər ki, "Masazır kruqu" adlanan ərazidə 40 dəqiqədən çox tıxacda qalıblar. socar vakansiya Qeyd edək ki, Bakı şəhəri Formula 1 Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Bununla əlaqədar paytaxtın əksər hissəsində yollar bağlanıb.,Musavat.com  

Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA

Azərbaycanda ali təhsil almayan gənclərin əsgərlik müddəti 1 il 6 ay, ali təhsillilərinki isə 1 ildir. Ancaq magistr təhsili alan oğlanların əsgərlik müddətinində heç bir fərq yoxdur, yəni onlar da 1 il əsgəri xidmət keçirlər. Bəziləri bunu ədalətsiz hesab edir. Son günlər bununla bağlı müzakirələr yenidən intensivləşib. Bəzi sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, magistr təhsili alan oğlanlar 1 il deyil, 6 ay əsgərlik çəkməlidirlər. vakansiyalar Yaxın gələcəkdə magistrlərin əsgərlik müddətinin azaldılması mümkündürmü? Sozcu.az xəbər verir ki, Təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a bildirib ki, magistratura dərəcəsi alan şəxslərin əsgərlik müddətinin azaldılması məsələsi cəmiyyət və təhsil sahəsində bir sıra müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər. O, mövzu ilə bağlı bir neçə əsas məqamı qeyd edib: “Müsbət Təsirlər və Dəyişikliklər 1. Təhsilə marağın artması: Əgər magistratura dərəcəsi alan şəxslər üçün əsgərlik müddəti azaldılarsa, daha çox gənc magistratura təhsilinə maraq göstərə bilər. Bu da ali təhsilin ikinci mərhələsinə (magistratura) tələbənin cəlb olunmasını artıra bilər. Nəticədə, ölkədə daha çox ixtisaslaşmış kadr yetişdirilər və təhsilin keyfiyyəti yüksələ bilər. 2. Yüksək ixtisaslı kadrların artması: Magistratura təhsili alan şəxslərin iş bazarında daha yaxşı mövqeyə sahib olması nəzərə alınaraq, onların əsgərlik müddətinin azaldılması, bu şəxslərin daha tez iş bazarına daxil olmasına və təhsil sahəsində məhsuldarlığın artırılmasına kömək edə bilər. Bu, yüksək ixtisaslı kadrların sayını artıraraq ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər. 3. Elmi və tədqiqat işlərinin təkmilləşməsi: Elmi tədqiqat sahəsində magistr təhsilini seçənlərin sayı arta bilər. Təhsil müddətinin sonunda hərbi xidmətdən yayınmaq istəyən gənclər magistr təhsili ala bilərlər ki, bu da təhsil və elmi tədqiqatların inkişafına təkan verə bilər. Elmi işlərin sayında artım, elmi inkişaf və innovasiyaların təşviqinə müsbət təsir edə bilər”. Qərarın qəbul ediləcəyi təqdirdə yarana biləcək problemlər və mənfi təsirlərdən də danışan ekspert baş verəcək potensial problemləri 4 qrupa bölüb: “1. Əsgərlikdən yayınma məsələsi: Əgər magistratura təhsilinə qəbul olunduqda əsgərlik müddəti azaldılarsa, bəzi şəxslər bu fürsətdən yalnız əsgərlikdən yayınmaq üçün istifadə edə bilər. Bu, təhsil sistemində süni bir artıma, yəni tələbələrin sayının təhsilin keyfiyyətinə nisbətdə qeyri-mütənasibliyə səbəb ola bilər. Nəticədə, universitetlərdə magistratura proqramlarının tədris keyfiyyəti aşağı düşə bilər. 2. Resursların istifadəsində gərginlik: Magistraturaya daxil olan tələbə sayının artması universitetlərin tədris resurslarına, professor-müəllim heyətinə, tədqiqat laboratoriyalarına və digər təhsil infrastrukturuna əlavə təzyiq göstərə bilər. Universitetlərin təhsil vermə imkanlarının və resurslarının məhdud olduğu nəzərə alınarsa, bu, təhsil müəssisələrinin daha aşağı keyfiyyətlə təhsil verməsinə səbəb ola bilər. 3. Hərbi xidmət tələblərinin balanssızlığı: Əgər magistr təhsili alanların əsgərlik müddəti azaldılarsa, bu, hərbi xidmətin icrası baxımından bərabərsizliyə səbəb ola bilər. Ali təhsil almayan və ya bakalavr təhsili alan şəxslərlə müqayisədə, magistr dərəcəsi olanların az müddətdə hərbi xidmət göstərməsi bəzi gənclər arasında narazılıq və ədalətsizlik hissi yarada bilər. 4. Təhsildə keyfiyyətin azalması: Əsgərlik müddətinin azaldılması məqsədilə magistraturaya qəbul olunan şəxslər təhsilin keyfiyyətinə və dərinliyinə diqqət yetirməyə bilər. Bu, magistratura dərəcəsinin elmi dəyərinin azalmasına və iş bazarında belə dərəcələrin prestijinin düşməsinə səbəb ola bilər”. Kamran Əsədov vəziyyəti tənzimləmək üçün çıxış yolları da irəli sürüb. O qeyd edib ki, əgər seçici azaldılma sistemi, imtahan və müsahibə prosesinin gücləndirilməsi, habelə əsgərliklə təhsil proqrmı uyğunlaşarsa, yarana biləcək problemlərin qarşısını almaq mümkün olacaq. “Seçici azaldılma sistemi: Əsgərlik müddətinin azaldılması yalnız müəyyən sahələr və proqramlar üzrə magistratura təhsili alanlara tətbiq edilə bilər. Məsələn, mühəndislik, elmi tədqiqatlar və təhsil sahəsində olan proqramlar üçün bu güzəştlər tətbiq edilə bilər. İmtahan və müsahibə prosesinin gücləndirilməsi: Magistratura qəbul prosesində tələblərin sərtləşdirilməsi və tələbələrin əsl elmi maraqlarını yoxlayan imtahanlar və müsahibələrin keçirilməsi təhsilin keyfiyyətinin qorunmasına kömək edə bilər. Əsgərliklə Təhsil Proqramlarının Uyğunlaşdırılması: Əsgərlikdən yayınmaq istəyənlər üçün təhsil sahəsində güzəştlər təqdim etmək əvəzinə, magistratura və hərbi xidmətin uyğunlaşdırılması yolları araşdırıla bilər. Məsələn, tələbələrin hərbi xidmət zamanı oxumağa və ya elmi-tədqiqat işlərini davam etdirməyə imkan yaradacaq proqramlar tərtib edilə bilər”. “Beləliklə, düşünürəm ki,magistrlərin əsgərlik müddətinin azaldılması potensial olaraq təhsil sahəsində bir çox müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər. Əgər bu addım atılarsa, düzgün siyasət və qaydalarla bu prosesin təhsilə və hərbi xidmətə təsiri balanslaşdırılmalıdır. Təklif olunan tədbirlər bu məsələnin müxtəlif aspektlərini nəzərə almaqla, ədalətli və effektiv bir həll yolu təmin edə bilər”, – deyə o qeyd edib. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda ölkədə müddətli hərbi xidmət keçən hərbi qulluqçuların müddət xidmətinin azaldılması müzakirə edilmir. “Magisrt ilə bakalavr təhsili olanlara hərbi xidmət müddətində fərq qoyulması mümkündür. Amma ümumilikdə çağırışçılar üçün, nə xidmət müddətinin artırılması, nə də bu müddətin azaldılması müzakirə mövzusu deyil. Bizim ətrafımızda baş verən çoxsaylı münaqişələr fonunda Ermənistanın təxribatlardan əl çəkmədiyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, Azərbaycan ictimaiyyətinin xidmət müddətinin azaldılması ilə bağlı etdiyi müzakirələr tamamilə yanlışdır”. Hərbi ekspert onu da qeyd edib ki, bu cür addımlar gələcəkdə ətrafımızdakı münaqişələr başa çatdıqda atıla bilər: “Ermənistanla sülh müqaviləsi imzalandıqdan, təhdidlər aradan qalxdıqdan, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra bu məsələləri müzakirə edə bilərik. Lakin indidən bu məsələləri müzakirə etmək kifayət qədər tezdir”.

Masallıda 6 aylıq uşaq arabadan yıxılaraq öldü

Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Digah yaşayış massivində qeydə alınıb. 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb. vakansiyalar Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Avtomobil hissələri bazarında xaos: saxta mallar tüğyan edir, heç kimin vecinə deyil!

Azərbaycanda avtomobillərin ehtiyat hissələri bazarında saxta mallar baş alıb gedir. Belə mallar əksər hallarda orijinal adı ilə müştərilərə sırınır. Bununla bağlı məlumatları Azad İstehlakçılar Birliyindən (AİB) də təsdiqləyiblər. AİB sədri Eyyub Hüseynov Modern.az saytına bildirib ki, uzun müddətdir, onlara əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair şikayətlər daxil olur. Onun sözlərinə görə, hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər. Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Saxta malların isə heç bir mənşəə sənədləri olmur. “Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”, - E.Hüseynov vurğulayıb. AİB sədri təəssüflə qeyd edib ki, ”Hyundai” şirkətinin Azərbaycandakı rəsmi  distrübüteri olan “Avto Azərbaycan” MMC bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir. E.Hüseynov deyib ki, Azad İstelakçılar Birıliyinin bazardakı araşdırması “Hyundai” avtomobil hissələrinin aşağıda adları qeyd olunan saxta variantlarını üzə çıxarıb: Əyləc qəlibləri; yanacaq filteri; yağ filteri; hava filteri; mühərrik qayışı; hidravlik tarımlayıcı; sükan lenti; yağ karteri; yağ nasosu; salniklər; porşenlər; val;  vanus (valın boyunluğu); mühərrik təmir dəsti; mühərrik yastığı; muftalar; alışqan şamları; əyləc diski; amartizatorlar; sürgü qolları; porşen üzlüyü; zəncir dəsti və s. Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin həyatına təhlükə yaradır, onları maddi itkilərə salır, eyni zamanda avtomobillərin sıradan çıxmasına təsir göstərir. E.Hüseynov deyib ki, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər. AİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb. “Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”. Müsahibimizin sözlərinə görə, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə  məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər.  “Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Koreya avtomobil hissələri” (Köhnə adı “Fovarit”) mağazasında və həmin prospektdəki çoxsaylı dükanlardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”. AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar: “Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir. Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”. E.Hüseynov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub. Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin də saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üşün müsadirə edilmir, niyə dövlətin qanunlarına əməl edilmir?! Biz “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”, - Eyyub Hüseynov vurğulayıb.

Sentyabrın 7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir:  "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".

Gömrük Komitəsinin vəzifəli şəxsi həbs edildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.  Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.  Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.  azal vakansiya İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Azərbaycanda uşaq ölümünün DƏHŞƏTLİ STATİSTİKASI: Səbəb bu imiş...

Azərbaycanda yeni doğulan uşaqlar arasında ölüm halları çoxalıb. Ötən il 1 yaşınadək həyatını itirən uşaqların sayında rekord qeydə alınıb. Bu say 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.  Ümumilikdə 2039 uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib. Bəs perinatal dövrdə ortaya çıxan hallar dedikdə nələr nəzərdə tutulur? Ümumiyyətlə, belə sonluğun olmaması üçün nələrə diqqət etmək lazımdır? Körpələri həm ana bətnində, həm də doğulduqdan sonra necə qorumaq olar?   vakansiyalar Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən pediatr infeksionist Aytən Ziyadova məsələyə aydınlıq gətirib:  “Perinatal dövr, hamiləliyin 22-ci həftəsindən başlayaraq doğumdan sonrakı ilk 7 günü əhatə edir. Bu dövrdə meydana çıxan hallara ana və ya körpədə baş verən sağlamlıq problemləri, doğum zamanı yaranan çətinliklər, vaxtından əvvəl doğum, infeksiyalar, hipoksiya (oksigen çatışmazlığı), doğum travmaları və digər tibbi vəziyyətlər daxildir. Bu hallar körpənin həyatına ciddi təhlükə yarada bilər və bəzi hallarda ölümə səbəb ola bilər”.  Həkim bildirib ki, bu cür sonluqların qarşısını almaq üçün bir sıra məqamlara diqqət etmək vacibdir: Hamiləlik dönəmində müntəzəm tibbi nəzarət olmalıdır. Hamilə qadınların hamiləlik boyunca davamlı olaraq həkimə müraciət etməsi, inkişaf edən problemlərin erkən aşkarlanmasına və müdaxilə edilməsinə kömək edir.  Sağlam həyat tərzi bu dönəmdə mütləqdir. Hamiləlik müddətində düzgün qidalanma, fiziki aktivlik və siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq ana və körpənin sağlamlığı üçün çox önəmlidir.  İnfeksiyalardan qorunmaq lazımdır. Hamilə qadınların infeksiyalardan qorunması çox vacibdir. Rubella, toxoplasma və Zika kimi infeksiyalar körpənin inkişafına zərər verə bilər. Bu səbəbdən vaksinasiya və gigiyenik qaydalara riayət etmək vacibdir.  Doğumun uyğun şəraitdə aparılması da olduqca vacibdir. Doğum prosesinin təcrübəli tibbi personal tərəfindən idarə edilməsi və lazımi texniki avadanlıqların mövcudluğu, doğum zamanı və sonra yaranan fəsadların qarşısını almağa kömək edir.  Vaxtında doğuşa hazırlıq görülməli və təxirəsalınmaz yardımlar edilməlidir. Körpə doğulduqdan sonra reanimasiya və ilkin tibbi yardımlar üçün hazırlıqlı olmaq lazımdır. Vaxtından əvvəl doğan və ya aşağı çəki ilə doğulan körpələr üçün xüsusilə xüsusi qayğı tələb olunur”.  Həkim qeyd edib ki, doğumdan sonra körpənin düzgün izlənməsi də önəmli məqamdır:  “Körpənin doğulduqdan sonra, xüsusilə, ilk günlərdə müntəzəm olaraq həkim tərəfindən nəzarətdə saxlanılması vacibdir. Erkən dövrdəki problemlərin aşkarlanması və müalicəsi həyat qurtarıcı ola bilər. Ana və körpənin sağlamlığını təmin etmək üçün bu tədbirlər çox mühüm rol oynayır”. 

Məktəblərlə bağlı DƏHŞƏTLİ STATİSTİKA: Ciddi problemlərə səbəb ola bilər

Yeni tədris ilində paytaxt məktəblərində yarım milyondan çox şagird təhsil alacaq. Dəqiq sayla desək, 513 698 şagirdin Bakıda təhsil alacağı gözlənilir. Belə olan halda, düşünülür ki, bir sinifdə azı 30-40 nəfər olacaq.  Bu rəqəmlər, ümumiyyətlə isə Bakıda yarım milyondan çox şagirdin təhsil almasına paytaxt məktəblərinin yetərincə potensialı varmı? Həmin say təhsilin keyfiyyətinə necə təsir edəcək?  Təhsil eksperti Cahid İmanlı bu məsələni “Yeni Sabah”a şərh edib:  vakansiya “Qanunvericiliyə görə, hər bir şəxsin təhsil almaq hüququ vardır. Hər bir şagird özünə yaxın ərazidə yerləşən məktəbdə təhsil ala bilər. Amma o halda ki, buna məktəbin də infrastrukturu-maddi - texniki bazası, tədris otaqları və s. imkan versin. Sovet dövründə tikilən məktəblərin bir çoxunda sinif otaqlarının sahəsi xeyli genişdir. Belə sinif otaqlarında fənn kabineti də təşkil edilirdi, bir neçə şkaf-mebellər olurdu, əlavə pedaqoji prosesi dəstəkləyən resurslar da yerləşdirilirdi. Sinif otağının geniş olması şagirdlərin sağlamlığı,onların təhlükəsizliyi baxımından da vacib amillərdən biri sayılır. Lakin təssüf hissi ilə demək istəyirəm ki, Bakı şəhəri və ətraf qəsəbələrin bir çoxunda şagird sıxlığına görə ciddi problemlər yaşanır. Bəzən məktəblərdə iç-içə yerləşən sinif otaqlarına belə rast gəlinir. Yaxşı halda məktəbin koridorundan, bufetindən və ya digər bir hissəsindən kəsərək yeni sinif otaqları düzəldilir. Ən pisi də odur ki, geniş sinifləri "ağzı dolana qədər" şagirdlə doldururlar. Partalar arasındakı məsafələr, partanın lövhə ilə arasındakı məsafə nəzərdə tutulan normativlərdən qat-qat az olur. Belə olan halda, şübhəsiz ki, tədrisin keyfiyyəti də itir”.  Ekspert bildirib ki, hansısa məktəbdə şagirdlərin kəmiyyətinin artması qətiyyən keyfiyyətə təsir etməməlidir:  “Məsələnin həlli üçün strateji planlaşma lazımdır. Məsələn, hansısa şəhərcik salınırsa, hətta ilk bina tikilməmişdən əvvəl ilk olaarq uşaq bağçası, məktəb tikilməlidir. Hazırda biz bu prosesi işğaldan azad edilən ərazilərimizdəki tikinti-quruculuq işlərində müşahidə edirik. Ümumiyyətlə, aidiyyatı qurumlar məsələnin həllinin bir çox alternativ yollarını tapmalı və həll etməyə çalışmalıdırlar”. 

Apteklər müştəriləri belə aldadır - Ağlasığmaz fırıldaq

Son vaxtlar market, aptek və digər ictimai-iaşə məntəqələrində alış-veriş edən zaman, ödəniş müqabilində verilən qəbzlərin ƏDV-ləri bir çox hallarda vətəndaşlara geri qaytarılmır. Bunun müxtəlif səbəbləri var.  Bəzi hallarda müştərilərə təqdim olunan qəbzin barkodunu telefonla skan etmək mümkün olmur. Bəzən isə işin içinə dələduzluq girir. Daha dəqiq desək, vətəndaşa əlavə dəyər vergisi ilə bağlı qaytarılmalı olan məbləğ önəcədən istifadə edilir. Bu hallarla bağlı şikayətlər ən çox apteklərlə bağlı səsləndirilir. Bəs görəsən, vətəndaşlar belə vəziyyətlərdə nə etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən hallarla bağlı son aylar şikayətlər xeyli artıb:   socar vakansiya “Bu hal mövcuddur və son 5 ay ərzində daha çox artıb. Burada digər problem isə odur ki, bəzən skayner və telefon həmin qəbzi ya oxuya bilmir ya da bir neçə gündən sonra oxuyur. Bunun texniki səbəbini mən bilmirəm”.  Eyyub Hüseynov belə situasiya ilə qarşılaşan müştərilərin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edib:  “Bu dövlətin sosial siyasətinin biznes qurumları tərəfindən pozulması, sabotaj edilməsidir. Belə hallarda vətəndaşlar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”. 

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib. Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.