Uşaqların sayının azalması doğuşun sayının azalması və uşaq ölümünün artması ilə bağlıdır. Daha çox isə doğuşun sayının azalması ilə bağlıdır. Yəni insanlar gec ailə qurur və ailə qurduqdan sonra çalışırlar ki, ailədə maksimum 2 uşaq olsun. Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, valideynlər uşaqları böyütməkdə çətinlik çəkdikləri üçün növbəti uşaq istəmirlər: “Valideynlər uşaqları böyütmək, baxmaq, onlara sona qədər çətinlik çəkəcəklərini bildikləri üçün növbəti uşaq istəmirlər. Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər. Ona görə də uşaqların sayında azalma müşahidə edilir. Bu daha çox sosial müdafiə və imkana bağlı bir məsələdir. Çünki bizdə uşaq ölümü elə də kritik səviyyədə deyil. Sadəcə insanların imkan və şəraitlərindən asılı olan bir məsələdir ki, bu da uşaqların sayının azalmasına gətirib çıxarır. Belə olanda ailələr çox uşaq istəmir və əlavə problem, öhdəliklər yüklənmək istəmirlər”.
Paytaxtda nəzərdə tutulan şəhər planlaması ilə əlaqədar söküntü və restavrasiya işləri son avxtlar daha da intensivləşib. Bu zaman bəzən söküntüsü nəzərdə tutulan əmlakın yaxınlığında və ya ona bitişik olan obyektə də zərər dəyir. Belə vəziyyətlərdə adətən zərərçəkmiş əmlakın sahibi ilə söküntünü həyata keçirən məsul subyekt arasında anlaşılmazlıq və mübahisə yaranır. Bəs görəsən, bu cür sitasiyalarda zərərçəkmiş hansı hüquqlara malikdir? Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Yenisabah.az-a açıqlamasında bildirib ki, əmlakın hüquqi statusundan asılı olmayaraq, belə hallarda vətədaşlara mütləq şəkildə kompenasiya ödənilməlidir: azal vakansiya “Hər hansı bir sənədin olub-olmamasından asılı olmayaraq, əgər hansısa vətəndaş bəlli bir ünvanda yaşayırsa, onun yaşadığı əmlaka bu və digər formada zərər vurularsa, mütləq şikayətçi olmalıdır. Söküntü və təmir-bərpa işləri vətəndaşlara hər hansı narahatlıq yaratmamaq şərti ilə həyata keçirilir. Müəyyən prosedur qaydaları mövcuddur ki, həmin ərazilərdə əgər hər hansı bir tədbir həyata keçirilirsə, mütləq təhlükəsizlik təmin edilməlidir və yanaşı olan tikililərə hər hansı bir xətər toxunulmamalıdır. Əgər belə bir ehtimal varsa belə, mütləq şəkildə xəbərdarlıq olunmalıdır və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır. Digər tərəfdən, xüsusi geyimlər təqdim olunmalı, ətrafdakı nəzərdə tutulan radiusda təhlükəsizlik xətti müəyyən edilməli və həmin xəttə vətəndaşlar buraxılmamalıdır”. Vüqar Oruc dəymiş zərərin hesablanması üçün qiymətləndirici şirkətlərə müraciət edilməli olduğunu diqqətə çatdırıb: “Əgər söküntü prosesinin gedişində hər hansı bir şəxsə yaxud tikiliyə zərər dəyibsə, bu istiqamətdə söküntünü həyata keçirsən təşkilat mütləq qaydada təzminat ödəməlidir. Dövlət əhəmiyyətli söküntüdür deyə, belə nəticə meydana çıxırsa, qarşı tərəf məsuliyyət daşımır deyə bir qayda yoxdur. İstər dövlət, istər özəl olmasından asılı olmayaraq, vurulan zərər hüquqi və inzibati məsuliyyətə səbəb olur və mütləq şəkildə kompensasiya edilməlidir. Əgər qarşı tərəf bunu ödəməkdən boyun qaçırırsa, əmlak sahibi qiymətləndirmə şirkətlərinə müraciət etməlidir. Əmlak əgər icbari olaraq sığortalanıbsa, sığortaçı şirkətə məlumat verilməlidir”.
Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. vakansiya Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq. Azərbaycanın əksər rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
Avqust ayının sonlarından başlayaraq, Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin artması, həmçinin mənzil çatışmazlığı müşahidə olunur. Ekspertlər qeyd edirlər ki, adəti üzrə yeni tədris ilinin başlanması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını başlayır ki, bu da paytaxtda kirayə evlərə tələbatı artırır, eləcə də buna paralel olaraq, qiymətlər də artır. Bəs yaxın vaxtlarda qiymətlər artan tendensiyada gedəcək, yoxsa aşağı enəcək? vakansiya Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb: "Artıq 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü prosesinə start verilib. Bu günə qədər çox sayda köhnətikili binalar sökülərək, yenitikili binalar ilə əvəzlənib ki, sökülən hər köhnətikili binalarda və yaxud fərdi yaşayış evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarından çıxmış olur. Həmin ərazilərdə yaşayan sakinlər də evləri söküldüyü gündən yenitikili binalarda mənzillə təmin olunana qədər təxminən 2-3 il müddətinə kirayəyə çıxmalı olurlar. Sökülən hər köhnətikili binaların yerində yenitikililər inşa edildikcə, artıq yenitikili binalarda kirayə mənzillər daha baha qiymətə təklif olunur. Bundan başqa, daşınmaz əmlak bazarında uzun müddətdir ki, qiymət artımları baş verir, nəticədə bu proses kirayə mənzillərin qiymətinə də öz təsirini göstərir. Hər il olduğu kimi artıq yeni tədris ili başladığına görə avqust ayının sonundan başlayaraq, paytaxt Bakı şəhərində kütləvi tələbə axını başlayıb ki, bu da adəti üzrə kirayəlik mənzillərə tələbatı artırır və nəticədə qiymətlər artır". Ekspert qeyd edib ki, paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə artıq əlçatan qiymətə mənzillər qalmadığına görə xüsusən də tələbələr daha çox Bakı ətrafı ərazilərə üz tuturlar: "Bu səbəbdən də artıq kənar ərazilərdə də kirayə mənzillərə tələbat artır. Artıq paytaxtın Baş Planı təsdiq olunub və layihənin 2040-cı ilə qədər həyata keçiriləcəyi bildirilir. Bu səbəbdən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlər sökülərək, müəyyən infrastruktrlar üçün istifadə olunacaq və yenitikili binalarla əvəzlənəcək. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ucuz qiymətə olan kirayə mənzillərinin sayı tamamilə minimuma enəcək. Buna paralel olaraq köhnətikili binalardakı kirayə mənzillərə tələbat artdıqca, yenitikili binalarda bir çox mənzillər boş qalmışdı. Səbəb qiymətlərin əlçatan olmamasıdır. Bu səbəbdən gələcəkdə yenitikili binalardakı kirayəlik mənzillərin qiymətində enmələr müşahidə olunarsa, kirayə mənzil bazarında 10 minlərlə yeni mənzillər vətəndaşların istifadəsinə verilmiş olar. Lakin hazırda qiymətlər kəskin bahadır və enmə müşahidə olunmur".
Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. kapital bank vakansiya Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
“Yeni tədris ili başlayanda gündəmə gələn məsələlərdən biri də əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil haqqının yüksək olmasıdır. Biz ixtisas seçimində abituriyentlərə dəstək verərkən hər ixtisasın ödənişli əsasları üçün tələb olunan təhsil haqqını dilə gətirəndə bir çox abituriyentlər və onların valideynləri öz istəklərinin əksinə hərəkət etməyə məcbur oldular. Çünki, həqiqətən də, bəzi ixtisaslara tələb olunan illik təhsil haqqı ailənin sosial rifahının tam əksinədir", Bu fikirləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elmin Nuri ali məktəblərdə illik təhsil haqqının həddən artıq yüksək olması ilə bağlı sualları cavablandırarkən bildirib. Qeyd edib ki,Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərdə, əsasən də, özəl ali təhsil ocaqlarında tələb olunan illik təhsil haqqı əhalinin ümumi gəliri və sosial durumu ilə nisbətdə ziddiyyət təşkil edir: “Təəssüflər olsun ki, bu həmahəngliyin qorunması mümkün olmadı. Yalnız bir neçə universitet buna əməl etməyə çalışır. Artıq həmin universitetlər də bir neçə ildir ki, cuzi də olsa, illik təhsil haqqını artırmağa çalışırlar. Bu artımlar düşünüldüyü qədər cuzi olmur. Elə universitet var ki, birdən-birə bütün ixtisaslar üzrə illik təhsil haqqını 300 manat artırıb, digəri isə 100 manat. Eləsi də var, müəyyən ixtisasların illik ödənişini artırır. Təbii ki, məbləğləri olduğu kimi saxlayan ali təhsil ocaqları da var. Ancaq burada azalmadan heç bir söhbət gedə bilməz. Bu reallığa nəzər salanda çox gülünc olar. kapital bank vakansiya Bir sıra rəsmi və qeyri-rəsmi görüşlər daxilində universitet rəhbərləri ilə qarşılaşmalarımız olur. Bu zaman isə onların ən çox şikayətləndiyi məqam illik təhsil haqlarının aşağı məbləğdə olmasıdır. Baxın, bir tərəfdə bahalıqdan şikayətlənən valideynlər, digərində məbləğin az olmasından gileylənən rəhbərlik… Onları müəyyən mənada başa düşmək olar. Çünki bizdə universitet başqa prizmadan gəlir əldə edğ bilmir. Universitetlərimizin elm-marketinq, elm-biznes, elm-istehsalat əlaqəsi sıfırdır, gəlir qazanmaq faizi yox dərəcəsindədir. Bu səbəbdən xərc adı ilə bütün məbləği illik təhsil haqqı vasitəsi ilə tələbəyə yükləyirlər. Nəticədə tələblər artdıqca, sözü gedən məbləğ də artır. Biz bu il də təhsil haqlarında müəyyən dərəcədə artımların şahidi olduq. Şübhəsiz ki, həmin tendensiya növbəti illərdə də davam edəcək”. Ekspert təhsil haqqının artırılmasına səbəb olan nüanslara belə aydınlıq gətirib: “İllik təhsil haqqının artmasında iki amil əsas rol oynayır. Birincisi ixtisas üçün tələb olunan xərclərdir. Tutaq ki, tibb ixtisasında təhsil almaq üçün müəyyən avadanlıqlar lazımdır və bu da bir sıra xərc tələb edir. Çünki tibbdə oxumaq filologiyada oxumaq deyil. Bu, praktiki və kliniki səriştə tələb edən bir məsələdir. Avadanlıqlara xərclənən vəsait artdıqca, tələbə üçün müəyyən olunan təhsil haqqı da bahalaşır. Hüquq ixtisasında isə prestij və tələb-təklif məsələsi təhsil haqqının artımına səbəb olur. Xarici ölkələrdə, elə Türkiyənin özündə də illik təhsil haqqı tibb ixtisası üçün elə də az məbləğ deyil. Həmin ölkədə də tibb və onun kimi prestijli ixtisaslar digərlərindən iki, bəlkə də üç dəfə çoxdur. İnformasiya texnologiyaları kimi ixtisaslarda da qiymət artımına normal yanaşmaq olar. Çünki həmin ixtisasda təhsil almaq üçün müəyyən laborator şərait və bir sıra texniki avadanlıqlar lazımdır. Yəni, yalnız kitabın ümidinə qalan təhsil deyil. Amma humanitar və ictimai - sosial sahələrdəki ixtisaslar var ki, orada təhsil haqqının artırılmasını mən qəti başa düşmürəm. Məsələn, tutaq ki, ötən illəri filologiya ixtisası üçün 1500 manat təhsil haqqı tələb edilirdisə, bu il nə dəyişdi ki, həmin məbləğ 1700 manat oldu? Bir az real olmaq lazımdır. Bu səbəbdən vəziyyət çox qarışıqdır. Biz haqlı olaraq artan təhsil haqqını bir sıra ixtisaslarda səbəbsiz yerə artırılan təhsil haqqı ilə səhv salırıq”.
64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmayıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirləri davam etdirilir. Belə ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb. Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir. Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır: “Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”. B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var: “El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”.
Vətəndaşların bir çoxunun tıxaca düşməmək üçün daha çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Onlar metro vasitəsilə gedəcəkləri yerə daha tez çatmaq istəyirlər. Ancaq günümüzdə metrodakı sıxlıq, xüsusilə, köhnə tipli, kondisionersiz qatarların çoxluğu sərnişinlərin işini çətinləşdirir, hətta hamam otağını xatırladan qatarlarda halı pisləşənlərin sayını artırır. Havalar nisbətən sərinləşsə də, qatarlardakı isti hava daha düzünü desək, havasızlıq saunadan fərqlənmir. Pik saatlardakı sıxlığı da üstünə gəlsək, metrodan, konkret desək, qatardan çıxan sərnişinlərin sanki duş qəbul edib, hamam otağından çıxdığının şahidi olursan. Maraqlıdır XXI əsrdə və inkişaf etmiş müasir dövrdə metro platformalarında və ya qatarlarda niyə lazımi sərinləmə tədbirləri görülmür? Köhnə tipli qatararlara kondisioner quraşdırmaq mümkün deyilsə, xətdən çıxarılıb, yeniləri ilə niyə əvəzlənmir? Gediş haqqı artırıldığı halda sərnişinlərə niyə yetərli xidmət göstərilmir? Bizim.Media-ya məsələ barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov suallarımıza belə cavab verib: “Köhnə tipli qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı istehsalçı müəssisənin də rəyi var. Belə prosesin mümkün olması üçün qatar sökülməli, yenidən lahiyələndirilərək yığılmalıdır. Bu, faktiki olaraq yeni qatar yığmaq deməkdir. Çünki bu zaman soyuducu quraşdırılmalı, hava və soyuducu xətlərinin müvafiq kanalı olmalı, elektrik sistemi yenidən qurulmalıdır”. Müsahibimiz “Bakı Metropoliteni”ində 3 xətt istiqamətində hərəkət edən 61 qatardan yalnız 23-nün yeni tipli qatarlar olduğunu açıqlayıb: “Bunların 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si isə Dərnəgül-Həzi Aslanov istiqamətində yaşıl-qırmızı xətlər üzrə olmaqla hərəkət edir. Köhnə qatarlar istismar müddətini bitirdikdən sonra xəttdən çıxarılır, yeni tipli qatarlarla əvəz edilir. 3 illik müqaviləyə əsasən ümumi 13 yeni qatar alınacaq, bunlardan 7-si bu il Bakıya gətirilərək xəttə buraxılacaq. Nəticədə, xətdə yeni tipli qatarların sayı daha çox olacaq”. Bəxtiyar Məmədov onu da vurğulayıb ki, sərnişinlər daha çox yeni qatarlara minməyə üstünlük verir və yeni qatarların sayı da buna imkan verir. O əlavə edib ki sentyabrın 16-sı tədris ilinin başlanmasıyla metropolitenin hərəkət qrafikində dəyişiklik olacaq. Maraqlıdır, 23 təzə qatarın hər biri gün ərzində xəttdə buraxılır? Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib: “23 təzə qatarın hər biri gün ərzində xəttə buraxılır. Düzdür, 12-20 saat ərzində xətt üzərində olan qatara qət etdiyi məsafədən asılı olaraq baxış, qulluq, texniki xidmət növləri var və qatar müəyyən məsafədən sonra bu proseslərdən keçir. Bu hallar istisna olmaqla, təzə qatarlar gün ərzində dövri olaraq xətt üzərində olur. Çünki bunlar elektronika ilə təchiz olunub. Qatar nə qədər çox işləsə, onun daxilindəki sistemin tarazlı, normal işləməsi mümkündür. Hətta, pandemiya dövründə problemlərimizdən biri də bu idi ki, sərnişinlərin metroya girişinə məhdudiyyət qoyulduğu üçün qatarların boş qalıb işləməməsi idi. Çünki elektron sistemi rütubətli yerdə çox qalarsa, bu onun sisteminin sıradan çıxmasına səbəb ola bilər. Gətirilən yeni 7 qatar da sınaq işləri başa çatdıqdan sonra da dövri olaraq xəttə buraxılacaq”,- deyə müsahibimiz cavablayıb. Bəxtiyar Məmmədovun fikrincə, yeni tipli qatarların sayı nə qədər çox olsa, narazılıqlar o qədər az olacaq: “2018-ci ildə sərnişinlər arasında aparılan sorğuda onların 100%-i də qatarların kondisioner sisteminin olmamasından narazı idi. Amma ötən ilin və bu ilin əvvəlində aparılan sorğuda narazı olanların sayı 50%-dən aşağıdır. Səbəbi isə yeni qatarların sayının artırılmasıdır və bu da davamlı prosesdir, sadəcə hamısını eyni anda yeniləmək qeyri-mümkündür.
Bu gündən etibarən iki gün ərzində geomaqnit qasırğası olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb. Bu hadisə insanlar arasında da təsirsiz ötüşmür. Bəs ən çox kimlər risk altındadır? Təhlükədən özümüzü qorumaq üçün nə etməliyik? Mövzu barədə Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, belə hallarda çölə çıxmamaq daha məqsədəuyğundur: vakansiyalar “Geomaqnit qasırğası zamanı daha çox xroniki xəstəlikləri olan və yaşlı insanlar risk altında olur. Həmçinin, bu sıraya ürək, qan-damar xəstəliyi olan şəxslər də daxildir. Sadalanan şəxslər bu günlərdə daha da ehtiyatlı olmalıdırlar. Adi insanlarda da geomaqnit qasırğası öz təsirlərini yuxusuzluq, əsəb, narahatlıq kimi hallarla göstərə bilər. Ancaq xroniki xəstəliyi olan insanlarda geomaqnit qasırğasının güclənməsi ilə bir sıra fəsadlar ortaya çıxa bilər. Ürək xəstəliyi olan insanlarda insult kimi ağırlaşmaların ortaya çıxma ehtimalı yüksəkdir. Arterial təzyiq və şəkərli diabet xəstələri də belə vaxtlarda diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməlidirlər. Açıq hava yerinə qapalı məkanlarda vaxt keçirmək daha təhlükəsiz sayılır. Əgər xüsusi və vacib bir tədbirləri yoxdursa, evdən çıxmamaq tövsiyə olunur. Bundan əlavə olaraq, bol maye qəbulu, yuxu rejiminə diqqət etmək, stresə düşdükdə sakitləşdiricilər, yuxusuzluq fonunda dərman qəbul etmək olar”. Həkim insanlara elektronik əşyalardan uzaq durmağı və həkimə müraciət etməyi tövsiyə edib: “Azyaşlılarda da halsızlıq, baş ağrıları, iştahsızlıq kimi hallar meydana gələ bilər. Bu səbəbdən həm uşaqlara, həm də yetkin şəxslərə telefon, kompüter və digər elektronik cihazlardan bir qədər uzaq qalmaq tövsiyə edilir. Əgər geomaqnit qasırğası bitdikdən sonra da insanlar səhhətlərində narahatlıq hiss etməyə davam edərsə, bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər”.
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün büdcələrinə uyğun müxtəlif məktəb ləvazimatları alıb. Şagirdlərə alınan məktəbli çantalarının ağırlığı müzakirə olunan mövuzlardan biridir. Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqların 80%-dən çoxu məktəb yaşında çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Çantalar uşağın çəkisinin 10-15%-dən çox olduğu hallarda ağrılar daha da artır. ABŞ-da aparılan bir araşdırmada göstərilib ki, məktəbli çantalarının çəkisi uşaqların bədən çəkisinin orta hesabla 15%-ni təşkil edir, bu isə sağlamlıqla bağlı ciddi problem yarada bilər. İspaniyada aparılan araşdırmada isə qeyd olunub ki, məktəb yaşında olan uşaqların 60%-dən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Uşaqların 30%-i həftədə ən azı bir dəfə kürək ağrılarından şikayə edir. Məktəbli çantalarının ağırlığı təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Ağır çanta daşıyan uşaqlar daha çox stress keçirir, məktəbdə və digər yerlərdə fəaliyyətlərə motivasiyasız yanaşırlar. Bu, uşaqların ümumi performansına mənfi təsir edə bilər. Sozcu.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov da məktəbli çantalarının ağır olmasının fəsadlarından danışıb. “Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır. Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir. Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”, - o qeyd edib. Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan söz açıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”. Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir. Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir. Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür. “Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov qeyd edib.modern)
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb: "Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər". Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb: "Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü." Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb. "Antalya Medical Parkdan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. Antalya Medical Parkın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə Çinar Plazada ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizi sənə verəcəyik", - A.Bayramova deyib. Müttəhim qeyd edib ki, Nuridəyə xəstələri yönəldəndə onu bəzi məsələlərlə bağlı sorğu-sual edirmiş: “Nuridə onun sponsoru olduğunu deyib. Nuridə Seyidova xəstələrdən aldığı pulu dollara çevirib”. Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Report